Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:53

Bu il Azərbaycanda işsizlik 4-6% olacaq


Qubada işsizlər.
Qubada işsizlər.

2017-ci ilin iqtisadi artım proqnozları keçən ilkindən yüksək olsa da, işsizlik problemi böyüyəcək, sosial bərabərsizlik güclənəcək. BMT-nin Beynəlxalq Əmək Təşkilatının yanvarın 12-də yaydığı hesabatda belə deyilir.

«Məşğulluq və Sosial perspektivlər – 2017-ci ilin trendləri» adlanan hesabatda keçən il bütün dünyada ÜDM artımının son 6 ildə ən aşağı həddə düşdüyü, ona görə də builki artımın qlobal iqtisadiyyata təsirinin böyük olmayacağı, çoxlu sayda adamın iş tapa bilməyəcəyi deyilir.

Buna da bax-Rusiya yoxsullaşmağa doğru gedir

Siyasi və iqtisadi amillər, artımın zəifliyi, investisiya qıtlığı əmtəə məhsulları ixracına əsaslanan ölkələrdə – Rusiya, Cənubi Afrika və Braziliyada daha çox işsizliyə gətirəcək.

İŞİNİ İTİRMƏK TƏHLÜKƏSİ – 55-70%

Hesabatda 2017-ci ildə Azərbaycanda işsizliyin 4-6% olacağı deyilir. Əhalinin işini itirmək təhlükəsinin 55-70% olacağı, işləyənlər arasında yoxsulluğun 20%-dən aşağı olacağı proqnozlaşdırılır.

Dünyanın işsizlik xəritəsi

Bütün dünyada işsizliyin 5.7%-dən 5.8%-ə qalxacağı, 2018-ci ildə də 5.8% olacağı gözlənilir. Bu isə daha 3.4 milyon adamın, cəmi 201 milyon işçinin işsiz qalması deməkdir. Bu isə, hesabat müəlliflərinin fikrincə, sosial iğtişaşlara, əmək haqlarının azalmasına və sonucda işçilərin öz ölkələrini tərk etməsinə aparıb çıxaracaq.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Guy Ryder işsizliyin artmasını özəlliklə inkişaf etməkdə olan keçid ölkələrinin əmək bazarlarında durumun pisləşməsi ilə izah edib: «Nağd aktivlərin nisbətən yüksək olmasına baxmayaraq, şirkətlər investisiya yatırmaqda tərəddüd edirlər. Sərmayə qoyuluşu hazırda gərəkdiyi səviyyədə deyil».

Hesabatda Avropa, Kanada və Birləşmiş Ştatlarda da uzunmüddətli işsizliyin davam edəcəyi vurğulanır.

XS
SM
MD
LG