Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:47

Vulkan haqqında şeir vikinqləri necə xristian etdi?


İslandiyadakı Hekla vulkanı

Britaniyanın Kembric Universitetində aparılmış yeni araşdıma göstərib ki, nəhəng vulkan püskürməsi İslandiya vikinqlərinin min il bundan əvvəl Xristianlığı qəbul etməsinə təkan verib.

Telegraph qəzeti yazır ki, İslandiyanın tarixində ən gur lava axını haqqında yazılmış şeirdən ada əhalisinin xristianlaşdırılması üçün istifadə olunub.

Kembric Universitetinin alimləri buzluqların dərinliklərində və ağac oduncaqlarında gizlənmiş informasiyadan istifadə edərək dəhşətli püskürmənin dəqiq vaxtını müəyyən ediblər. Vulkan püskürməsi, ada insanlar tərəfindən məskunlaşdırıldıqdan az sonra baş verib.

Alimlər vulkan püskürməsinin dəqiq vaxtını müəyyənləşdirdikdən sonra həm də orta əsrlərdə yazılmış bir şeirə diqqət yetiriblər. Bu poemada vulkan püskürməsi çox sayda allahların sonu, yeni tək Allahın gəlməsi ilə nəticələnir.

Ekspertlərin fikrincə bu poemaadan islandların çoxallahlıqdan tək Allaha – Xristianlığa döndərilməsi üçün istifadə olunub.

10 əsrdə baş vermis Eldqya püskürməsi tarixə lava daşqını kimi düşüb. Bu, vulkan püskürməsinin uzun müddət davam edən çox nadir növüdür. Belə lava axınları ətraf relyefi tamamilə dəyişdirir və böyük həcmlərdə kükürd qazının yayılmasına səbəb olur.

Əslində İslandiyada baş verən vulkan püskürmələrinin çoxu belədir. 2015-ci ildə baş vermis püskürmə İslandiyadan minlərlə kilometr aralıda olan ərazilərin üzərinə qaz layı çökdürmüşdü.

Eldqya püskürməsi 874-cü ildə, vikinqlərin və keltlərin bu adaya gəlişlərinin ilk yüz ilində baş vermişdi.

Alimlər bildirirlər ki, bu azman bir püskürmə idi və ətrafa 20 kub kilometr həcmində lava axmışdı. Bu həcmdə lava bütün İngiltərəni topuğa qədər örtə bilərdi.

Kembric alimləri püskürmənin dəqiq vaxytını müəyyən etmək üçün Qrenlandiyadakı buzluq özəklərinin təhqiqatı metodundan istifadə ediblər. Buzluq özəkləri adətən püskürmənin tullantı məhsullarını özündə saxlayır.

Bu üsulla vulkan püskürməsinin 939-cu ilin yazından ən azı 940-cı ilin payızınadək davam etdiyi aşkar olunub.

Bu elmi-tədqiqat işinin müəllifi, Kembric Universiuteti Coğrafiya fakültəsinin professoru Clive Oppenheimer yazır ki, bu dövr İslandiyanın erkən sakinlərinin ilk iki-üç nəslinin yaşadığı zamana təsadüf edir.

Professor qeyd edir ki, adaya uşaqkən köç etmiş miqrantlar bu nəhəng vulkan püskürməsinin şahidi olublar.

Vulkan püskürməsinin və Xristianlığın qəbul edilməsinin bir-birinin ardınca baş verməsi bu təbiət hadisəsinin adanın xristianlaşmasında oynadığı həlledici rolu isbat edib.

Bu püskürmədən ətrafa yayılan qazlar bütün Avropa boyunca havanı kükürd hissəcikləri ilə doldurub.

Məhz bu dövrdə irland, alman və italyan salnamələrində son dərəcə solğun və qıpqırmızı Günəşin müşahidə edildiyi qeyd olunur.

Xristianlığı yayanlar üçün bu dövrdə öz dinlərinin – təkallahqılığın üstün olmasını isbat etmək qat-qat asan idi.

Çoxallahlığın ən parlaq allahlarından olan Günəşin çöhrəsi qanlı və solğun idi. Keşişlər bunu çoxallahlığın sonu və yeni bir eranın – Xristianlığın başlanğıcı kimi izah edirdilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG