Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 15:09

İslam Partiyası yubiley tədbirini keçirə bilməyib


Movsum Səmədov sədriç hazırda həbsdədir

Polisin Bakıda Azərbaycan İslam Partiyasının (AİP) 25 illik yubiley tədbiri keçirməsinə imkan vermədiyi bildirilir.

Bu haqda İslam Partiyasının məlumatında yazılır.

Məlumatda vurğulanır ki, yubiley tədbirinin Bakıdakı “Kəmalə Nərmin” şadlıq sarayında keçirilməsi planlaşdırılıb.

“Tədbirin başlaması ərəfəsində əraziyə polis qüvvələri gətirilib. Onlar restoranın qapısını bağlayaraq, qonaqların içəri daxil olmasına imkan verməyiblər. Bununla yanaşı partiya funksionerləri, qonaqlar ərazidən zor tətbiq edilməklə uzaqlaşdırılıb”, partiyanın məlumatında yazılır.

Yayılan açıqlamaya görə, polis rəsmiləri AİP funksinerlərinə bildirib ki, restoranın su sisteminə zəhərli maddə qatılması haqda hüquq mühafizə orqanlarına məlumat daxil olub.

Yubileyə gələnlərin ərazidən zorla uzaqlaşdırılması zamanı çəkiliş aparan şəxslərə dəfiziki basqıların edildiyi bildirilir.

AİP bəyan edib ki,bu ölkədə “İslam Həmrəyliyi ili” elan olnması ilə bir araya sığmır.

Axşam saatlarında AİP rəhbərliyi baş verənlərlə əlaqədar mətbuat konfransı keçirib.

AİP-in sədr əvəzi Hacı İlham Əliyev yubiley tədbirinin keçirilməsinə imkan verilməməsinə təəssüfləndiyini bildirib.

“ Şadlıq evinin su sistemində zəhərli maddə aşkarlandığını bəhanə gətirdilər. Bu səbəbdən də tədbirin keçirilməsinə icazə verə bilməyəcəklərini bildirdilər. Ancaq hamımızın gördüyü kimi tədbirin keçiriləcəyi ərazidə qonaqlardan daha çox polis orqanlarının əməkdaşları var idi...”, o, deyib.

Hacı İlham Əliyev əlavə edib ki, bəzi məmurlar ölkə daxilində ixtişaş yaratmağın tərəfdarıdırlar.

AİP-in açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

AİP sədri Mövsüm Səmədov hazırda həbsdədir. O, 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

M.Səmədov12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG