Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

İslam Karimov da tənqid olunarmış... [video]


Özbəkistan. Shavkat Mirziyaev Islam Karimovun məzarı başında
Özbəkistan. Shavkat Mirziyaev Islam Karimovun məzarı başında

İyulun 30-da Özbəkistan televiziyasının efirində göstərilən "Təhlilnomə" proqramında mərhum prezident Islam Karimov-un siyasəti sərt tənqid edilib. Proqramda deyilib ki, Karimov «daim lider statusu uğrunda qonşu ölkələrlə yarışıb və öz üstünlüyünü sübut etməyə çalışıb».

Proqramda həmçinin qeyd edilib ki, bu, problemləri yalnız düyünə salıb, prezident Shavkat Mirziyayev-sə bu gün həmin problemləri həll etməli olur.

«Özbəkistan 24» adlı 24 saatlıq analitik informasiya kanalında efirə çıxan «Təhlilomə» proqramının elə ilk buraxılışındaca ölkənin mərhim prezidenti Islam Karimov sərt tənqid edilib. Bu kanal indiki prezident Shavkat Mirziyayev-in doğum günündə işə başlayıb. "Təhlilnomə" proqramının iştirakçıları bildiriblər ki, Karimov-un buraxdığı səhvlər nəticəsində Özbəkistanın üzləşdiyi problemləri bu gün yeni prezident Shavkat Mirziyayev həll edir.

Buna da bax:​ Keçmiş prezidentin qızı Gulnara Karimova saxlanıb

Maraqlıdır ki, proqramda Islam Karimov-un adı bir dəfə də səsləndirilməyib. Ancaq onun siyasəti «daşqalaq edilib».

KARİMOVUN SİYASƏTİNİ DARMADAĞIN ETDİLƏR

«Təhlilnomə» proqramında cəmiyyətin həyatının bütün sahələri təhlil edilib. İqtisadi və sosial həyatdan tutmuş mənəvi və kənd təsərrüfatına qədər bütün sahələr incələnib. Karimov-un hakimiyyəti illərində Özbəkistanın bütün sahələrdə böhranla üzləşdiyi bildirilib. Proqramın iştirakçıları Islam Karimov-un idarəçiliyi dövründə buraxılmış səhvləri tənqid ediblər. Onlar yeni prezident Shovkat Mirziyayev-in 8 aylıq prezidentliyi dövründə apardığı islahatlarla bu səhvləri düzəltdiyini vurğulayıblar.

Buna da bax: Özbəkistan KTMT-yə qayıtmayacaq

«Hakimiyyətinin ilk saatlarından bəri yaxın qonşularla münasibətlərin üstünlük uğrunda mübarizə yox, əksinə, səmimiyyət və bir-birinə inam üzərində durduğunu elan etməsi Özbəkistanın Orta Asiya respublikaları ilə münasibətlərini yaxşılaşdıra və möhkəmləndirə bilib. Əslində problemlər, xüsusən də illərlə dolaşığa düşmüş sərhəd məsələləri, bir-birinə qarşı iddialar qaldırmaq və öz üstünlüyünü vurğulamaqla yox, sadəcə bir yaxşı söz və ...aramsız işlə həll olundu», – proqramın aparıcısı deyib.

Qeyd edilməlidir ki, istər Karimov-un sağlığında, istərsə də onun ölümündən keçmiş son bir il ərzində Özbəkistanda onun siyasəti bircə dəfə də tənqid edilməyib. Bu günə qədər rəsmi televiziya kanalları Islam Karimov-un mədhini, onun hakimiyyəti illərində Özbəkistanın müstəqillik əldə etməsini dönə-dönə vurğulamağı dayandırmamışdılar.

Buna da bax:​ Özbəkistan Karimovu “əbədiləşdirəcək”

«QARA BAZAR» BİABIRÇILIQDIR

«Təhlilnomə» proqramında belə bir iddia irəli sürülüb ki, Karimov dövründə aparılan valyuta siyasəti nəticəsində bütün ölkələr Özbəkistanı qınayıb.

«Aparıcı iqtisadi qurumların ittihamları, mütəxəssislərimizin qeyri-peşəkarlığı ilə bağlı ittihamlar yalnız bu valyuta siyasəti sayəsində səslənib. Və gün bu haqda açıq danışmalıyıq. Bundan başqa cəsarətlə deməliyik ki, xarici valyutanın dörd məzənnəsinin mövcudluğu və «qara bazar» kimi biabırçılıq iqtisadiyyatın inkişafına mane olurdu. Ancaq bu problemlər prezidentin başladığı islahatlar sayəsində yavaş-yavaş həll olunur», – deyə «Təhlilnomə» proqramının aparıcısı qeyd edib.

Buna da bax: Özbəkistanda keçmiş siyasi məhbuslar azad olunsa belə...

Bu proqram bəzi televiziya tamaşaçılarını qıcıqlandırıb. Bəziləri isə mərhum prezident Karimov-un ünvanına səslənən tənqiddən inciyiblər.

AzadlıqRadiosu-nun özbək xidməti «Təhlilnomə» proqramına baxmış bir tamaşaçıdan belə bir məktub alıb:

««Özbəkistan 24» televiziya kanalında «Təhlilnomə» proqramını göstərdilər. Karimov-u daim qonşuların qarşısında lovğalanmaqda, onların qarşısında öz üstünlüyünü göstərməkdə ittiham etdilər. Ailəmlə birlikdə bu proqrama baxıb televizordan iyrənərək uzaqlaşdıq. Bu da sizə riyakarların siyasəti».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG