Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:07

Obama: “İŞİD liderləri gizlənə bilməyəcəklər”


Pentaqonda jurnalistlər qarşısında çıxış edən prezident bidlirib ki, müdafiə naziri Ashton Carter-i müttəfiq ölkələrdən daha çox dəstək cəlb etmək üçün Yaxın Şərqə göndərir

ABŞ prezidenti Barack Obama bazar ertəsi etdiyi çıxışda İslam Dövləti adlanan təşkilata qarşı mübarizədə tərəqqiyə ehtiyac olduğunu deyib və müttəfiqləri bu təşkilatın İraq və Suriyada darmadağın edilməsi üçün koalisiyaya verdikləri hərbi töhfəni artırmağa çağrıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında
ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında

Reuters agentliyinin məlumatına görə, Pentaqonda Milli Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlər qarşısında çıxış edən prezident bidlirib ki, müdafiə naziri Ashton Carter-i müttəfiq ölkələrdən daha çox dəstək cəlb etmək üçün Yaxın Şərqə göndərir.

“Bu, çətin bir döyüş olaraq qalmaqda davam edir, - deyib Obama, - Biz dərk edirik ki, bu işdə tərəqqiyə tez bir zamanda nail olmaq lazımdır”.

Bundan sonra Obama Birləşmiş Ştatların və onun müttəfiqlərinin qrupa qarşı mübarizədə uğurlarını sadalayıb. O deyib ki, İŞİD bir vaxtlar İraq və Suriyada nəzarət etdiyi ərazilərin əhəmiyyətli hissəsini itirib.

Prezident bəyan edib ki, ABŞ strategiyasına silahlı liderlərin yaxalanması, başqa ölkələrdəki təhlükəsizlik qüvvələrinə təlim verilməsi və İŞİD-in maliyyə və təbliğat kanallarının kəsilməsi daxildir.

“Sizə mesajımız budur…”

“İŞİD liderləri gizlənə bilməyəcəklər və bizim onlara növbəti mesajımız budur: “növbə sizə çatıb” – deyib ABŞ prezidenti.

İŞİD liderləri gizlənə bilməyəcəklər və bizim onlara növbəti mesajımız budur: “növbə sizə çatıb

Barack Obama deyib ki, indi koalisiya İslam Dövləti qruplaşmasının avtosisternlərini, neft quyularını və neftayırma zavodlarını vurur.

“Biz indi İŞİD-i həmişəkindən möhkəm vururuq” – deyib prezident.

Şərhçilər bildirirlər ki, demokratlar partiyasından olan Obama, xüsusən də 13 noyabr Paris və 2 dekabr Kaliforniya basqınlarından sonra respublikaçılar tərəfindən İslam Dövləti adlanan təşkilata qarşı kifayət qədər sərt olmamaqda günahlandırılır.

Bu basqınlar Parisdə 130, San Bernardinoda isə 14 nəfərin həyatına son qoyub.

Ağ Ev belə iddialara cavab olaraq bildirir ki, İslam Dövləti təşkilatı artıq bir il əvvəl olduğu qədər qüdrətli deyildir.

XS
SM
MD
LG