Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

İŞİD hücuma keçdi


İŞİD yaraqlıları Palmirada.
İŞİD yaraqlıları Palmirada.

Hələbi ələ keçirməkdə və qələbəyə yaxınlaşmaqda olduğunu elan edən Suriya hökuməti Palmiranı əldən verib. Bazar günü «İslam Dövləti» (İŞİD) yaraqlıları tarixi Palmira şəhərinə hücum edərək hökumət qüvvələrini qovublar. Bununla da son bir ildə Suriya və İraqda geriləyən qruplaşma hökumətə, sanki, hələ də güclü olduğunu göstərib. Bu haqda «Fox News» yazır.

İŞİD Palmiranı 2015-ci ilin mayından nəzarətdə saxlayırdı. Bu ilin martında hökumət ordusu şəhəri azad etmişdi. «Fox News» yazır ki, Suriya hökuməti İŞİD-i Palmiradan qovmaqla özünün qlobal antiterror kampaniyasının bir parçası olduğunu sübut etməyə çalışırdı.

Məqalədə Palmiranın Suriyanın mərkəzində yerləşdiyi, vətəndaş müharibəsində simvolik xarakter daşıdığı qeyd edilir. Şəhəri ələ keçirməklə İŞİD-in durumdan yararlandığı, Hələbi tutmağa fokuslanmış Suriya və Rusiya ordusu üzərində üstünlük qazandığı, beləliklə, genişmiqyaslı hücumlara hələ qadir olduğunu göstərdiyi vurğulanır.

PRİORİTET HƏLƏBDİR

Fəalların dediyinə görə, bazar günü Suriya və Rusiyanın hava hücumları səngiyəndən sonra İŞİD yaraqlıları yenidən qruplaşıb, Palmiraya dörd tərəfdən hücuma keçərək hökumət ordusunu geri çəkilməyə məcbur ediblər. Sonra isə yaraqlılar qapı-qapı gəzib prezident Bashar Assad-a sadiq qüvvələrin qalıb-qalmadığını yoxlayıblar.

İŞİD tarixi abidələri belə məhv edir
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Suriya ordusunun Palmiradan ötrü geri qayıdacağı hələ gözlənmir. Son günlər ordu şəhər ətrafında döyüşlərdə, onsuz da, böyük itki verib. Silahlı qüvvələrin böyük bir hissəsi isə Hələbə yönəldilib. Hökumət bu şəhərdən ötrü 40 minlik qüvvə topladığını bildirir. Həmin qüvvələrin Hələbdən çıxanı, hələ ki, qeydə alınmayıb.

«Mən rejimin Hələbdən Palmiraya qüvvə göndərəcəyinə, Hələbi itirmək riskini gözə alacağına inanmıram. Məncə, indi rejimin prioriteti Hələb məsələsini ayın axırına qədər həll etməkdir. Palmiraya gəlincə, məncə, beynəlxalq ictimaiyyət İŞİD-ə qarşı qalxmalıdır», – Suriyada insan haqlarıyla məşğul olan Müşahidə Şurasının rəhbəri Rami Abdurrahman deyib.

BU DƏFƏ DAHA QƏDDAR OLA BİLƏRLƏR

İŞİD yaraqlıları Palmira şəhərində 10 ay qalmışdılar. Amma bu müddət onların Roma dövründən qalma abidələri «bütpərəstlik rəmzi» adıyla dağıdıb-tökməsinə bəs etmişdi. Suriya rəsmiləri şəhər azad olunandan sonra abidələrin qalıqlarının Dəməşqə aparıldığını deyirlər. Amma Suriyanın abidə və muzeyləriylə məşğul olan Maamoun Abdulkarim «The Associated Press» agentliyinə müsahibəsində İŞİD-in tarixin qalıqlarıyla bu dəfə daha qəddar davranacağından qorxduğunu deyib.

Suriyada vətəndaş müharibəsi başlamamışdan – 2011-ci ilə qədər Palmira ölkənin ən gəzib-görməli yerlərindən biri idi. Amma yaraqlıları cəlb edən şəhəri əhatələyən neft və qaz yataqları, həm də İraqa yaxınlığıdır.

Rusiya Müdafiə Nazirliyi Palmira əldən getdiyinə görə koalisiyanı günahlandırır, İŞİD yaraqlılarının Mosuldan çıxmasına imkan verildiyindən, onların indi bu ərazilərdə fəal ola bildiyini deyir.

Hələbi bu günə salıblar
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

XS
SM
MD
LG