Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:20

İŞİD Mosulda sıxışdırılır


Mosul uğrunda döyüşlər.

ABŞ-ın dəstəklədiyi İraq qüvvələri Mosul şəhərində «İslam Dövləti» (İŞİD) yaraqlılarını Köhnə Şəhərdə sıxışdırmaqdadır. Səkkiz aydır davam edən döyüşlərin kulminasiya nöqtəsinin yaxınlaşdığı görünür.

Polkovnik-leytenant Salam al-Obeidi iyunun 25-də «France-Presse» agentliyinə bildirib ki, «Köhnə Şəhərin 65-70 faizi təmizlənib – ələ keçirməyə bir kvadratkilometrdən də az qalıb».

Köhnə Şəhərin süqutu və Mosulun tam azad olunması İŞİD üzərində böyük qələbə sayılar. Üç ildir İraqın ikinci böyük şəhəri olan Mosul sünni ekstremistlərin əlindədir.

BİR KVADRATKİLOMETRƏ SIXIŞDIRILIB

2014-cü ilin iyulunda İŞİD lideri Abu Bakr al-Baghdadi cümə namazında İraq və Suriyada «islam xilafəti» yaradıldığını elan edib.

ABŞ-ın rəhbərlik etdiyi İraq qüvvələri İŞİD-i Mosulun böyük hissəsindən çıxarıblar. Bu arada ekstremistlər Suriyanın Raqqa şəhərində də sıxışdırılmaqdadır.

Rusiyanın baş diplomatlarından biri iyunun 22-də deyib ki, al-Baghdadi-nin Rusiyanın hava zərbəsində öldürüldüyü güman edilir. Ancaq bu informasiya, hələlik, təsdiqlənməyib.

Ordu komandirləri «İŞİD xilafəti»nin bir kvadratkilometrə sıxışdırıldığını bildirirlər. Ancaq qızğın döyüşlər davam etməkdədir. İŞİD-in nəzarətində olan ərazidə 500 minədək dinc əhalinin qaldığı bildirilir.

İraq ordusu Mosulda müqavimətlə üzləşib
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Polkovnik-leytenant Mohammad al-Tamim deyib ki, İŞİD-çilər təslim olmurlar:

«Hətta öldürülməsələr belə, son variantları özlərini partlatmaq, intihar hücumu törətməkdir».

BİR NEÇƏ GÜN...

General-leytenant Abdulwahab al-Saadi «France-Presse» agentliyinə qələbəyə əmin olduğunu söyləyib.

«Bir neçə günə əməliyyatı bitirəcəyik. Son çox yaxındır… bir neçə gün çəkəcək», – o, Köhnə Şəhərdən müsahibə verib.

Mosulun azad olunmuş ərazilərində isə əhali Ramazan bayramını qeyd edib. Sakinlər İŞİD-in son üç ildə bayram namazına icazə verdiyini, ancaq şənlikləri yasaqladığını deyir.

Bir neçə gün öncə Mosuldakı 85 yaşlı Böyük ən-Nuri məscidi və tarixi əyri – «qozbel» minarə dağıdılıb. Ancaq bu və şəhərin bir hissəsinin dağıdılması belə, bayram şənliklərini əngəlləyə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG