Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 04:40

İŞİD və italyan mafiyasının əlaqəsi


İŞİD-in Liviyada neft saxlama çəninə hücumu

İtaliya polisi kriminal şəbəkələrlə cihadçı qrupların Aralıq dənizi üzərindən yeni əlaqəsini üzə çıxarıb. Romada hüquq-mühafizə orqanları ölkənin mafiya qurumlarıyla «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının əlaqələrini təhqiq edir. «The Newsweek» dərgisi yazır ki, bu qrupların birlikdə Avropaya qaçaqmal neft gətirməsindən şübhələnirlər.

Polis ölkənin emal zavodlarının tutduğu həcmi aşan neft aşkarlayıb. Bu haqda İtaliyanın «La Repubblica» qəzeti yazıb. Polis hesab edir ki, qaçaqmal nefti Suriya və Liviyadan, İŞİD-in nəzarətində olan ərazilərdən idxal olunub.

SAXTA ARAÇILAR VƏ KORRUPSİYA FAKTORU

Yazıda bu ilin fevralında hazırlamış məxfi hesabata istinad olunur. Həmin sənəd İqtisadiyyat və Maliyyə Nazirliyinə hesabat verən hüquq-mühafizə agentliyi – Xüsusi Polis Qərargahı tərəfindən hazırlanıb.

***Buna da bax-Dünyada İŞİD və iqlim dəyişikliyi əsas təhlükə sayılır

Anonim mənbə qəzetə deyib ki, neft emal zavodlarında «olmamalıydı».

«Bunun arxasında İŞİD-in, yaxud başqa qaçaqmalçıların durduğunu bilmirik, çünki saxta araçılar ucbatından izlər itir», – mənbə bildirib.

İtaliya Avropadakı miqrant böhranının ön cəbhəsində olub, yüz minlərlə qaçqını qəbul edib. Onlar daha çox Şimali Afrikadan təhlükəli yola çıxıblar.

«The Newsweek» yazır ki, bu sabitsizlik cinayətkarların böhrandan istifadəsinə yol açıb. Mafiozlar korrupsiyadan yararlanaraq İtaliya miqrant mərkəzlərindən hökumət və QHT pullarını ələ keçirə biliblər. Eyni şey Liviyadakı hakimiyyət boşluğunda da baş verir. İtaliyanın keçmiş koloniyası olmuş Liviyaya Aralıq dəniziylə yarım günə çatmaq mümkündür.

QAÇAQMALÇILIĞIN MÜMKÜN MEXANİZMİ

«La Repubblica»nın yazdığına görə, Avropaya nefti qaçaq yolla çatdırmaqdan ötrü tanker Aralıq dənizində dayanmalı, nefti digər tankerlərə yükləməlidir. Aşkarlanmamaq üçün radiolar söndürülməlidir.

***Buna da bax-Avropanın 'İŞİD-li' balaları

Liviyanın mərkəzi sahil şəhəri olan Sirt bir ildən çox İŞİD-in nəzarətində qalıb. Yaraqlılar bir neçə neft emalı zavodunu və limanı ələ keçiriblər. Ancaq İtaliya hakimiyyəti İŞİD-in nefti ələ keçirməsinə dair hələ tutarlı sübut tapmalıdır.

Suriyanın şərqində isə İŞİD neft yataqlarından böyük həcmdə neftə nəzarəti ələ alıb. Silahlı qruplaşmanın qurduğu «xilafət»in güclü olduğu üç il ərzində neft onun qanunsuz gəlir mənbələrindən biri olub.

Ancaq İŞİD dalbadal məğlubiyyətə uğradıqca, resursları da məhdudlaşır. Ötən ay İraqın Mosul şəhərində ABŞ-ın dəstəklədiyi koalisiya qüvvələrinə uduzub. Suriyadakı de-fakto paytaxtı olan Raqqa hazırda mühasirədədir. İki aydan da az bir müddət ərzində şəhərin yarıdan çoxuna nəzarəti itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG