Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:36

İŞİD məğlub olur, yaraqlılar Avropaya qayıdır


İŞİD yaraqlısı

Mançesterdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürmüş «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması hazırda öz qısa tarixinin ən ağır vaxtlarını yaşayır. Yaraqlılar Suriyada ard-arda məğlubiyyətə düçar olurlar.

Koalisiya qüvvələri İŞİD-in Suriyadakı mövqelərini hər gün havadan və qurudan hücuma məruz qoyurlar. İŞİD (yaxud İD) göz qabağında kiçilərək süqut etməkdədir. Son il ərzində silahlıların nəzarətində olan ərazi iki dəfə kiçilib. İŞİD bir çox strateji mühüm şəhərdən çıxmalı olub. Qruplaşmanın iqtisadi bazası, ən əsası isə, xilafətə inam məhv edilib.

Hələ oktyabrda İŞİD-in əsaslandığı, dünyanın sonuna dair proqnozlara ciddi zərbə dəydi. İŞİD-çilər deyirdilər ki, müharibənin əsas döyüşü Dabık şəhərində baş tutacaq. Onlar burada «əsl mömin»lərin yekun qələbə qazanacağını deyirdilər. Ancaq Dabık cəmi bir neçə günlük döyüşlərdən sonra Türkiyə qoşunlarına təslim oldu. Yaxın zamanlarda xilafətin paytaxtı Rakka şəhəri də təslim olmalıdır.

QAÇQIN DÜŞƏRGƏLƏRİ DOLUDUR

Artıq döyüşlər şəhərin yaxınlığında gedir. İŞİD açılan atəşlərə və hava zərbələrinə, əsasən, intiharçı hücumları ilə cavab verir. Artıq Rakka yaxınlığındakı qaçqın düşərgələri ağzına qədər doludur. İnsanlarsa gəlməkdədir.

ABŞ prezidenti Donald Trump və türkiyəli həmkarı Recep Tayyip Erdoğan mayın 16-da Rakkaya kimin hücum edəcəyini müzakirə ediblər, ancaq razılığa gələ bilməyiblər.

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

«Biz ABŞ-a dedik ki, Rakkada əməliyyat keçirmək istəyirsinizsə, keçirin, amma bizsiz. Türkiyə terror təşkilatları ilə birlikdə əməliyyata qatılmayacaq. Onlara uğurlar», – Türkiyə prezidenti söyləyib.

Fikir ayrılığının səbəbi ABŞ-ın Rakkaya hücumları Suriya kürdlərinin bölmələrinə həvalə etmək niyyətidir. Bura Türkiyə hökumətinin terrorçu saydığı xalq özünümüdafiə birlikləri, peşmərgələr də daxildir. Ancaq koalisiya düşərgəsində hər hansı fikir ayrılıqları hadisələrin gedişini dəyişdirməyə qadir deyil. Qondarma İŞİD-in taleyi bəllidir. Məsələ ancaq onun nə qədər ömrünün qalmasındadır.

İŞİD GEDƏCƏK, BAŞQASI GƏLƏCƏK

Bəs İŞİD-in Avropadakı terrorçu özəklərinin fəallığı onun Yaxın Şərqdəki məğlubiyyəti ilə bağlıdırmı? CurrentTimeTV-nin şərhçisi, şərqşünas Ivan Yakovin deyir ki, İŞİD Yaxın Şərqdə məğlub olsa da, onun yerini başqa bir təşkilat tutacaq. Onun sözlərinə görə, burada hər dəfə bir təşkilat məhv ediləndən sonra yerinə başqası gəlir.

Ekspert «İslam Dövləti»nin dünyadakı fəallığının artacağından ehtiyatlanır. Çox sayda İŞİD döyüşçüsünün öz vətəninə, əsasən də, Avropa ölkələrinə döndüyünü xatırladan Yakovin Avropa və Rusiyaya təhlükənin böyük olduğunu deyir.

İŞİD qovulandan sonra kişilər bərbərxanaya axışır
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Mütəxəssisin sözlərinə görə, Almaniyada ümummilli seçkilər gözlənildiyindən, bu ölkə daha böyük təhlükəylə üzləşəcək. Yakovin xatırladır ki, Mançesterdə törədilmiş terror aktı da Britaniyada cəmi iki həftədən sonra baş tutacaq seçkilər ərəfəsinə düşür. O hesab edir ki, Böyük Britaniyada seçkilər sona çatandan sonra terrorçuların əsas hədəfi Almaniya olacaq.

İSPANİYADAKI TERRORUN DƏRSLƏRİ

I.Yakovin deyir ki, terrorçular 15 il öncə İspaniyada vağzalda törətdikləri partlayışdan dərs çıxarıblar. Onlar artıq bilirlər ki, düz seçkidən öncə törədilmiş terror aktının köməyi ilə seçkinin nəticələrinə təsir göstərə bilərlər.

«Həmin vaxt İspaniyada sosialistlər qalib gəldilər və dərhal ispan qoşunlarını İraqdan çıxardılar. İndi bir çoxları həmin effekti təkrarlamaq istəyir, ancaq bir qədər fərqli şəkildə. İndi onların məqsədi başqadır. Onlar Avropa ölkələrində ultrasağçı partiya və təşkilatların hakimiyyətə gətirilməsinə çalışırlar. Bu yolla yerli müsəlman əhalini özlərinə cəlb etmiş olacaqlar. Beləliklə, bütün dünyada, xüsusən də Avropada cihadçıların sıraları dolacaq. Düşünürəm ki, onlar öz hərəkətlərini məhz buna kökləyirlər. Bilirsiniz, vəziyyət belədir: terrorçular və ultrasağçılar bir-birini nifrətlə qidalandırırlar. Nə qədər çox terror aktı olsa, ultrasağçılar o qədər qazanır. Ultrasağçıların siyasəti nə qədər sərt olsa, narazı müsəlmanların sayı bir o qədər artır. Sonradan onları terrorçu təşkilata cəlb etmək mümkün olur», – o deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG