Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:27

İŞİD Avropaya kimyəvi silahla hücum edə bilər


İŞİD yaraqlısı
İŞİD yaraqlısı

«İslam Dövləti» (İŞİD) yaraqlıları Britaniyaya kimyəvi silahla hücuma hazırlaşırlar. Bu xəbərdarlıqla Britaniyanın milli təhlükəsizlik məsələləri üzrə rəsmisi, daxili işlər nazirinin müavini Ben Wallace çıxış edib. «The Sunday Times» qəzetinə müsahibəsində B.Wallace deyib ki, hazırda Britaniyanın təhlükəsizlik xidməti əməkdaşlarına belə hücumlara hazırlıq məqsədiylə təlim keçilir.

400-Ə YAXIN YARAQLI AVROPAYA KEÇİB

«İŞİD-in niyyəti mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır... Onların kimyəvi silahdan istifadəsini önləyəcək mənəvi dəyərləri yoxdur», – deyən nazirin sözlərinə görə, İŞİD-in kimyəvi silahla hücum planı haqda hələ konkret bilgi əldə edilməyib, hansısa planın üstü açılmayıb. Amma təhlükəsizlik qüvvələri bütün hallara hazır olmalıdırlar.

Bu yaxınlarda Britaniyanın «The Daily Mail» qəzeti 400-ə yaxın İŞİD döyüşçüsünün qaçqın kimi Avropa ərazisinə keçdiyini xəbər verib. İtaliyanın xüsusi xidmət orqanlarına istinad edən qəzetin yazdığına görə, Avropaya daxil olmuş dəstənin başında İŞİD-in liderlərindən biri Lavdrim Muhaxheri dayanır. Kəşfiyyat orqanları onun da artıq Avropada olduğunu öyrəniblər.

Lavdrim Muhaxheri
Lavdrim Muhaxheri

«ÜRƏYİNDƏN ZƏRBƏ»

Keçmiş NATO əsgəri L.Muhaxheri xaricdəki əlaqələrinə, uzaq ölkələrdəki cihadçıları İŞİD-ə cəlb etmək qabiliyyətinə görə tanınır. 2014-cü ilin sentyabrında ABŞ-ın Dövlət Departamenti onu qlobal terrorçu elan edib.

İtaliya kəşfiyyat orqanlarının məlumatına görə, L.Muhaxheri öncə Kosovoya gedib. Hətta onun və döyüşçülərinin Albaniyada İsrailin milli yığmasına, kilsəyə, dövlət idarələrinə hücum planının üstü açılıb, 20-ə qədər adam tutulub. Amma Kosovo polisi L.Muhaxheri-nin özünün ölkədə olması xəbərini təkzib edir. Hərçənd İŞİD lideri keçmişdə də Kosovoda olub, bunu sübut edən fotoşəkillərini internetdə paylaşıbmış. Kosovo polisiL.Muhaxheri-nin hələ Suriyada olduğunu bildirir.

«The Daily Mail» isə İtaliya kəşfiyyatına əsaslanaraq son vaxtlar çoxlu sayda cihadçının qaçqın görkəmində Avropa və Balkanlara daxil olduğunu, qitəyə «ürəyindən zərbə» vurmağı planladığını yazır. «Təhlükəsizlik xidmətləri onların cəmi bir neçəsini müəyyən edə bilib, çoxları sərhədləri nəzərə çarpmadan keçib gedirlər», –qəzet vurğulayır.

XS
SM
MD
LG