Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:25

Rəsul Çunayev yarımfinalda erməni idmançıya uduzdu


Rəsul Chunayev
Rəsul Chunayev

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı güləşçi Rəsul Çunayev avqustun 16-da mübarizəyə başlayıb.

O 1/16 finalda kubalı Migel Palasio Martinezlə qarşılaşıb və rəqibinə 4:2 hesabı ilə qalib gələrək 1/8 finala çıxıb.

Bu dəfə onun rəqibi rusiyalı olimpiya çempionu İslambek Albiyev olub.

Rəsul Çunayev bu dəfə də rəqibinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

Güləşçi 1/4 finalda əlcəzairli idmançısı Tarek Əziz Benaissa ilə qarşılaşıb və yenə də 10:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb. Yarımfinalda onun rəqibi Ermənistan idmançısı Miqran Arutunyan olub.

Yarımfinal qarşılaşmalarının Bakı vaxtı ilə saat 19.28-də başlanması nəzərdə tutulub.

--

Avqustun 16-sı saat 10:15-ə olan nəticələrə əsasən, Azərbaycan siyahıda 51-ci yerdə gəlir.

Komanda 2 gümüş, 1 bürünc və boksda Kamran Şahsuvarlının hesabına yarımfinala vəsiqə qazanmaqla indidən ən azı daha 1 bürünc medal qazanıb.

Ümumilikdə isə ən çox medal qazanan ilk 10 ölkənin siyahısı isə belə olub.

1.ABŞ – 26 qızıl, 23 gümüş, 26 bürünc - ümumi - 75

2. Böyük Britaniya - 16 qızıl, 17 gümüş, 8 bürünc - ümumi - 41

3.Çin – 15 qızıl, 14 gümüş, 17 bürünc - ümumi - 46

4. Rusiya - 11 qızıl, 12 gümüş, 13 bürünc - ümumi - 36

5. İtaliya - 8 qızıl, 9 gümüş, 6 bürünc - ümumi - 23

6. Almaniya – 8 qızıl, 6 gümüş, 6 bürünc - ümumi - 20

7. Fransa - 7 qızıl, 9 gümüş, 8 bürünc - ümumi - 24

8. Yaponiya – 7 qızıl, 4 gümüş, 16 bürünc - ümumi - 27

9. Avstraliya - 6 qızıl, 7 gümüş, 9 bürünc - ümumi - 22 medal

10. Cənubi Koreya - 6 qızıl, 3 gümüş, 5 bürünc - ümumi - 14

51. Azərbaycan – 0 qızıl, 2 gümüş, 2 bürünc - ümumi - 4

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG