Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 04:08

Rusiya Kalininqrada 'İsgəndər-M' raketi yerləşdirir


Rusiyanın 'İsgəndər-M' raketi

Rusiya Kalininqrad vilayətinə “İsgəndər-M” raket kompleksi yerləşdirir. Bunu Reuters Amerika kəşfiyyatındakı mənbələrinə istinadən yayıb.

Bundan öncə isə Britaniyanın “The Guardian” qəzeti Estoniyadakı mənbələrinə istinadən “İsgəndər-M” raket kompleksinin Kalininqrada yerləşdirilməsi ilə bağlı yazmışdı.

Buna dab bax: Rusiya səfiri: "İsgəndər" Rusiya ilə Ermənistan arasında qardaşlıq rəmzidir

Kompleks Sank-Peterburqdan gəmi ilə gətirilib.

İki il əvvəl Rusiya Kalininqrad vilayətinə hərbi məşqlərdə istifadə etmək üçün “İsgəndər”in operativ-texniki kompleksini yerləşdirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG