Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:20

İsa Qəmbər: 'Sıfra yaxın versiya odur ki,...'


İsa Qəmbər
İsa Qəmbər

“Hakimiyyət cəmiyyətin fəallaşmasından, demokratik düşərgənin fəallığından narahatdır”.

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər son günlər hakimiyyət düşərgəsindən şəxsinə yönəlik tənqidləri və hökumətin böhranla bağlı addımlarını şərh edərkən belə deyib.

“Ölkədə dərin bir iqtisadi-sosial böhran var. Biz dəfələrlə proqnozlaşdırmışdıq ki, sosial gərginliyin siyasi gərginliyə keçməsi zaman məsələsidir. İndi o proses davam edir və tədricən sosial münasibətlərin gərginləşməsi siyasi arenada özünü göstərir”, deyən İsa Qəmbər Müsavat Partiyasının yanvarın əvvəllərindən fəallaşmasının hakimiyyəti narahat etdiyini qeyd edib.

Buna da bax:​ Freedom House: Avtoritar ölkələrdə artıq çürümə gedir

“Biz demokratik düşərgə olaraq hakimiyyəti cəmiyyətlə münasibətləri yaxşılaşdırmağa, dinc islahatlara, mövzuların müzakirəsinə səsləyirik. Ancaq onlar müzakirələrə hazır deyillər. Onların dialoq, müzakirə səviyyəsi də dünən (2 fevral) Müsavatın qarşısında keçirilən piket səviyyəsindədir”, deyən İ.Qəmbər hakimiyyətin hər şeyə öz səviyyəsində cavab verməyə davam etdiyini ifadə edib.

“Hökumətin böhrandan çıxış yolu hakimiyyəti tədricən xalqa qaytarmasıdır”

İsa Qəmbər ölkənin durumu ilə bağlı iki versiyanı mümkün saydığını deyib.

Buna da bax: Arif Hacılı: 'Ölkəyə demokratiyanı gətirəcəyik'

“Sıfra yaxın versiya odur ki, hakimiyyət, nəhayət, ölkəni nə cür bir uçuruma apardığını, o uçuruma özünün də getdiyini dərk edib, hansısa tövsiyələri nəzərə alaraq addımlar atacaq. İkinci versiya isə çox təəssüf ki, sosial gərginliyin artması, siyasi müstəvidə özünü daha çox göstərməsi, ölkədə siyasi durumun ağırlaşmasıdır. Bu cür ağır böhran şəraitində cəmiyyətin, vətəndaşın problemləri həll olunmursa yüzlərlə rəqəmləri, faktları müqayisə etmək vəziyyəti yaxşılaşdırmır”, deyən İsa Qəmbərə görə, siyasi gərginlik olacaq. O, əmindir ki, siyasi gərginlik xalqın iradəsinin reallaşması ilə yekunlaşacaq.

Buna da bax:​ 'Korrupsiyada, repressiyada öndə, təhsildə, səhiyyədə, sondayıq'

“Hakimiyyətin böhrandan çıxış yolu hakimiyyəti tədricən xalqa qaytarmasıdır. Hesab edirik ki, bu ehtimal sıfıra yaxın olsa da, hakimiyyət bu barədə düşünməlidir”, İsa Qəmbər vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG