Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:06

Güclü İrma qasırğası Karibi vurdu, Floridanı da vura bilər


İrma qasırğası Fransa ərazisi olan Müqəddəs Martin adasından keçib
İrma qasırğası Fransa ərazisi olan Müqəddəs Martin adasından keçib

Çox güclü İrma qasırğası Karib hövzəsindəki bir sıra adaları vurub, indi isə Kuba və eyni zamanda ABŞ-ın Florida ştatında dənizdən torpaq ərazilərə keçə bilər.

5-ci dərəcəli qasırğanın yaxınlaşmaqda olduğu bir zamanda ABŞ Konqresi bundan əvvəlki Harvey qasırğasının zərərçəkənləri üçün 7, 9 milyard dollarlıq yardım paketini qəbul edib. Harvey ötən həftə Texas ştatının ərazisini vurmuşdu.

İrma qasırğasının kosmosdan çəkilmiş şəkli
İrma qasırğasının kosmosdan çəkilmiş şəkli

Bu qasırğa nəticəsində ABŞ-ın dördüncü böyük şəhəri Hyustona böyük ziyan dəyib.

İrma qasırğasının Harvey-dən daha şiddətli olacağı gözlənilir. Harvey qasırğası 4-cü kateqoriyaya aid edilmişdi.

Özünün saatda 295 kilometrlik küləkləri ilə İrma Atlantika üzərində nə vaxtsa qeydə alınmış ən güclü qasırğalardan biridir.

Qasırğanın trayektoriyası onun Vircin adalarından və ola bilsin Puerto Riko, Dominikan Respublikası, Haiti, Baham adaları və Florida ştatından keçəcəyini göstərir.

ABŞ ərazisi olan Puerto Rikoda fövqəladə vəziyyət elan edilib.

Florida qubernatoru əhaliyə müraciətində xəbərdarlıq edib ki, İrma 1992-ci ildə baş vermiş Andrew qasırğasından daha güclü ola bilər.

Andrew ştatın tarixində ən güclü qasırğa olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG