Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:41

İraq hökuməti BP-ni Kəkrükdəki neft yataqlarının istismarına cəlb etmək istəyir


Kərkükdə neft müəsisəsi
Kərkükdə neft müəsisəsi

İraqın neft naziri Cabbar əl Lueybi (Jabbar al-Luaibi) Britaniyanın BP şirkətini Kərkükdəki neft yataqlarının istismarına cəlb etməyə hazırlaşır.

Reutersin məlumatına görə, o, yaxın vaxtlarda müvafiq plan hazırlanmasını göstəriş verəcək.

İraq ordusu ötən bazar ertəsi Kərkük və onun ətraf rayonlarını tam nəzarətə götürüb.

İraq ordusu Kərkukə girir
İraq ordusu Kərkukə girir

Bu ərazilər 2014-cü ildən “Peşmərkə” kürd birləşməsinin nəzarətində idi.

İraq ordusu şəhərə girərkən kürdlər müqavimət göstərməyib.

BP şirkətinin rəhbəri Bob Dadlinin ( Bob Dudley) sözlərinə görə,hələlik İraq tərəfindən rəsmi təklif almayıb və bu barədə informasiya agentliklərindən xəbər tutub.

O qeyd edib ki, hələlik tələsmək lazım deyil, regionda vəziyyətin sabitləşməsini gözləmək lazımdır.

BP İraqın Şimal neft şirkəti ilə 2015-ci ilədək əməkdaşlıq edib, hasilatın təkmilləşdirilməsinə kömək edib.

Həmçinin təxminən 100 il bundan əvvəl neft yataqlarının kəşvində iştirak edib.

İraqdakı kürd muxtariyyətindən kənarda yerləşən Kərkükün neft ehtiyatları 9 milyard barel civarındadır.

Kürd muxtariyyətinin rəhbərliyi, sentyabrın sonunda müstəqilliklə bağlı keçirdiyi referendumdan bir az əvvəl Rusiyanın “Rosneft” şirkəti ilə pay bölgüsü barədə razılaşma imzalayıb. Ordakı səhmlərin 20 faizi BP-nin payına düşür.

Buna da bax: İraq kürdləri referendum keçirdi. Bəs sonra?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG