Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:02

Raqqaya hücumun 'sonuncu həftə'yə yaxınlaşdığı deyilir


Koalisiya qüvvələri Raqqanı bombalayır.
Koalisiya qüvvələri Raqqanı bombalayır.

Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüləri «İslam Dövləti» (İŞİD) qruplaşmasının istinadgahı olan Raqqa şəhərinə hücumun «son həftə»sinə yaxınlaşırlar. Bunu komandirlərdən biri deyib.

Kürd və Suriya ərəb döyüşçülərindən ibarət SDF alyansını ABŞ və koalisiya hava zərbələriylə dəstəkləyir. Hazırda alyans şəhərin şimal və şərq tərəfində iki cəbhə boyunca İŞİD-in əlində olan bölgələrə doğru irəliləyir.

RAQQANIN 90 FAİZİ TUTULUB

Komandir Rojda Felat oktyabrın 8-də «France Presse» agentliyinə belə deyib. Onun sözlərinə görə, SDF döyüşçüləri Raqqanın 90 faizini tutublar və şəhər mərkəzində İŞİD-in əlində olan kiçik əraziyə hücum üzrədirlər.

«İki cəbhə görüşsə, Raqqanın azad olunması kampaniyasının son həftəsinə girdiyimizi söyləyə bilərik», – Felat söyləyib.

«Üç-dörd günə son kampaniyanı başlatmaq qərarını verə biləcəyik», – o, sözlərinə əlavə edib.

Komandir ekstremistlərin güclü dirəniş göstərdiyini, snayper və intiharçı bombaçılarla hücum etdiyini, bəzilərinin tunellərdə mövqe tutduğunu vurğulayıb.

SDF bildirir ki, İŞİD-çilər şəhər mərkəzi xəstəxanasına, futbol stadionuna, bəzi yaşayış məskənlərinə nəzarəti saxlayırlar.

İŞİD Suriyada ağır texnika ilə parad keçirir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

SON SƏHNƏ

Adının Ardal olduğunu deyən SDF səhra komandiri «Reuters» agentliyinə söyləyib ki, ekstremist döyüşçülər Raqqanın mərkəzinə toplaşır, «çünki bu, son səhnədir»:

«Onlar dirəniş göstərəcəklər, ya təslim olacaq, ya da öləcəklər. Bu, onların ölümlə son mübarizəsidir».

Raqqanın itirilməsi ekstremist qruplaşmaya böyük zərbə olar. Bu qruplaşma 2014-cü ildə Suriya və qonşu İraqda böyük ərazilər ələ keçirib. İŞİD elə həmin il bu ərazilərdə «islam xilafəti» elan edib.

Son bir ildə Suriya və İraqda ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in mövqelərini əlindən alır.

Birləşmiş Ştatlar və Türkiyə Suriyada fərqli üsyançı qrupları, Rusiyayla İransa prezident Bashar al-Assad hökumətini dəstəkləyir.

İraqda Mosul artıq İŞİD-dən alınıb, digər yerlərdə də ekstremistlərə qarşı irəliləyiş əldə olunub.

XS
SM
MD
LG