Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:51

İraq kürdləri referendum keçirdi. Bəs sonra?


Kərkükdə referendum günü. 25 sentyabr 2017

İraq kürdləri ümid edirlər ki, bazar günkü müstəqillik referendumu Bağdaddan dinc, danışıqlar yoluyla ayrılmanın başlanğıcı olacaq. Ancaq əslində bu referendum onları həm İraq, həm də onun qonşuları ilə yeni qarşıdurma ilə üz-üzə qoymuş ola bilər.

İraqın mərkəzi hökuməti referendumun keçirilməsindən xeyli öncə onu rədd edib. Baş nazir Haider al-Abadi «ölkənin birliyini qorumaqdan ötrü növbəti addımlar» haqda xəbərdarlıq edib. Türkiyə və İran İraqın kürd bölgəsi ilə sərhəddə hərbi təlimlər keçiriblər. Türkiyə prezidenti Recep Tayyip Erdoğan-sa hətta qoşun yeritməklə hədələyib.

Səsvermə dinc şəraitdə keçib, ancaq kürdlər müstəqillik məsələsində daha israrlı olsalar, münaqişə qızışa bilər. Belə ki, kürd bölgəsinin müstəqilliyi, az qala, bütün beynəlxalq ictimaiyyətin qarşı çıxdığı məsələdir. Hətta kürdlərin ən yaxın müttəfiqi olan ABŞ da indiki halda kürd dövlətinin müstəqilliyinə qarşıdır.

Referendumun rəsmi nəticələri bu həftə bəlli olmalıdır. Bəs nəticələr elan olunandan sonra nə baş verəcək?

KƏRKÜKDƏ KOMENDANT SAATIDIR

Kürd rəsmiləri deyirlər ki, referendumda «hə» cavabının alınması Bağdadın görməzdən gələ bilməyəcəyi bir mesaj və dinc ayrılma üçün danışıqlara zəmin olacaq. Ancaq İraq mərkəzi hökumətinin təmsilçiləri bunun əksini söyləyirlər. Onların fikrincə, referendum iki tərəfi bir-birindən daha çox uzaqlaşdıracaq və uzun zamandır davam edən mübahisələrin həllini daha da çətinləşdirəcək.

Türkiyə və İraq ordusunun birgə təlimləri
Türkiyə və İraq ordusunun birgə təlimləri

Neftlə zəngin Kərkük şəhəri də daxil olmaqla, bəzi ərazilər ucbatından bölgə hökuməti artıq çoxdan Bağdadla ciddi fikir ayrılığı yaşayır. Kərkük kürd qüvvələrinin nəzarətində olsa da, kürd muxtariyyəti xaricində yerləşir. İki tərəf neft gəlirlərinin bölünməsi məsələsində də fərqli fikirlərdə olub. Bağdad kürdlərin nefti Türkiyədən keçən boru kəməri ilə ixrac etməsinə qarşı çıxıb.

Bugünədək münaqişə, əsasən, dinc keçir, ancaq son günlərdə hər iki tərəf öz maraqlarını qorumaqdan ötrü hərbi gücə əl atacaqlarını bildiriblər. Referendumdan sonra ərazi münaqişəsinin episentri olan Kərkükdə hökumət komendant saatı tətbiq edib.

Həm Türkiyə, həm də İran referendumu pisləyib. Onların hər ikisi kürd dövlətinin yaradılmasının bu ölkələrdəki kürd azlıqlarının separatist meyllərini daha da gücləndirəcəyindən narahatdır.

«VİNT ƏLİMİZDƏDİR»

Türkiyə prezidenti R.T.Erdoğan bazar ertəsi deyib ki, kürd dövlətinin müstəqilliyi qəbuledilməzdir və ölkə üçün «ölüm-dirim» məsələsidir.

«Biz bircə gecənin içində qəfildən gələ bilərik», – deyə Erdoğan sərhəddə keçirilən hərbi təlimlərə işarə edib.

Erdoğan kürdlərin keçirdiyi referendum haqda
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Türkiyə kürdlər üzərində bir neçə təzyiq rıçaqına malikdir. Kürd bölgəsinin neft ixracatı Türkiyə ərazisindən keçən boru kəmərindən asılıdır. Bundan başqa, Türkiyə bölgənin əsas ticarət tərəfdaşıdır.

«Görək onlar öz neftlərini harada və hansı kanallarla satacaqlar. Vint bizdədir. Vinti bağladığımız an bu işin sonudur», – Erdoğan deyib.

İraqla kürdlərin silahlı münaqişəsi ABŞ-ın «İslam Dövləti»nə (İŞİD) qarşı müharibədə iki əsas müttəfiqini üz-üzə qoymuş olar.

İraq və kürd qüvvələri doqquz ay çəkən döyüşlərdən sonra iyulda İŞİD-i ölkənin şimalındakı Mosul şəhərindən çıxara biliblər. Ancaq ekstremistlər hələ də İraqda bəzi ərazilərə nəzarət edirlər. Onlar həm də çoxdan bəri mövcud siyasi vakuumdan faydalanırlar.

Referenduma başçılıq edən kürd bölgəsinin prezidenti Masoud Barzani səsvermədən öncə İraq və kürd qüvvələrinin bundan sonra da ekstremistlərə qarşı birlikdə mübarizə aparmasını istədiyini deyib.

ABADI VƏ BARZANI-NİN MÖVQELƏRİ

Kürdlərin müstəqilliyə doğru addımları, böyük ehtimalla, 2014-cü ildə ölkəni birləşdirmək vədləri ilə hakimiyyətə gəlmiş al-Abadi-nin mövqeyini zəiflədəcək. Gələn il ölkədə ümumi seçkilər keçiriləcək.

Nuri al-Maliki
Nuri al-Maliki

Referendum keçmiş baş nazir Nuri al-Maliki kimi sərt siyasət tərəfdarlarının və İranın dəstəklədiyi qruplaşma və dəstələrin mövqelərini möhkəmləndirəcək. Al-Maliki-nin hakimiyyətə qayıtmaq niyyətində olduğu bildirilir. O, referendumu tənqid edərkən onu «müharibə elanı» adlandırıb.

Kürdlərin böyük əksəriyyəti prinsipcə müstəqilliyi dəstəkləsə də, çoxları referendumdan imtina edib. Onlar referendumu prezidentlik müddəti hələ 2015-ci ildə başa çatmış Barzani-nin hakimiyyətdə qalmaq üçün apardığı riyakar oyun kimi görürlər. Parlament bu ay son iki ildə ilk dəfə toplaşıb, onda da millət vəkillərinin yarısı sessiyanı boykot edib.

Barzani referendumun onu siyasi opponentləri qarşısında daha güclü edəcəyinə ümid bəsləyir. Ancaq münaqişə də qızışarsa, məsuliyyətin əksər hissəsi onun üzərinə düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG