Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Messiyə bənzəyən iranlı tələbə Həmədanda aranı qarşıdırdı (VIDEO)


Reza Parastesh
Reza Parastesh

İranlı tələbə Reza Parastesh “Barselona” klubu və Argentina millisinin ulduzu Lionel Messiyə o qədər oxşayır ki, az qala ictimai asaişi pozma ittihamı ilə mayın əvvəlində həbsxanaya düşəcəydi.

"New York Times" yazır ki, Həmədan şəhərində onunla selfi çəkdirməyə o qədər adam toplaşıb ki, polis qarmaqarışıqlıq və tıxac yaranmasın deyə onu polis bölməsinə aparmalı olub.

Parastesh-in ulduzu bir neçə ay əvvəl parlayıb.

Futbol azarkeşi olan atası ona “Barselona”nın 10 nömrəli köynəyini geyindirib və şəklini idman saytlarından birinə göndərib.

Ertəsi gün saytmüsahibə almaq üçün 25 yaşlı Parastesh-ə müraciət edib.

Əvvəl-əbvvəl Messi roluna girməyə elə də həvəsli olmayan Parastesh sonra saçını və saqqalını da Messi kimi qırxdırıb.

Ona hətta model kimi müqavilə də təklif olunub.

“Camaat mənə iranlı Messi kimi baxır və istəyirlər ki, Messinin bütün hərəkətlərini təkrar eləyim.Məni birinci dəfə görənlər şoka düşür” deyə Parastesh təəssüratlarını bölüşür.

İranda futbol çox sevilir və insanlar Parastesh-i görən kimi onunla selfi çəkdirməyi xahiş edirlər.

“Onları sevindirmək mənə də xoşdur. Bu məni də ruhlandırır”, Parastesh deyir.

O, futbolu çox sevir, amma heç vaxt peşəkar futbolla məşğul olmayıb.

Amma buna baxmayaraq bəzi fəndləri öyrənir ki, Messi rolunu daha inandırıcı oynaya bilsin.

Arzusu öz qəhrəmanı ilə görüşməkdir. Deyir ki, lazım gəlsə həddən artıq məşğul olan ulduz futbolçunu bəzi tədbirlərdə əvəz də edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG