Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:00

İranda universitet məzunlarının yarısı qadındır, ancaq iş tapa bilmirlər


Tehran küçəsində qadınlar.
Tehran küçəsində qadınlar.

İranda qadınlara ayrıseçkilik qoyan qanunlar və siyasət onların iş tapmaq hüququnu da pozur. Bu haqda «Human Rights Watch» insan haqları təşkilatı mayın 25-də açıqladığı hesabatda yazır. Qurum bildirir ki, iranlı qadınlar bir sıra məhdudiyyətlər görürlər – onlara səyahət qadağası qoyulur, bəzi işlərə götürmürlər, hüquqi qorumaları yoxdur və sairə.

QADINLARIN 20 FAİZİ İŞSİZDİR

59-səhifəlik hesabat «Kişi klubu: İranın iş bazarında qadın ayrıseçkiliyi» adlanır.

«Son 40 ildə İranda universitet məzunlarının yarısı qadınlar olub. Ancaq son rəsmi statistikadan görünür ki, 2016-cı ilin martından bu ilin martınadək qadınlar işçi qüvvəsinin yalnız 14.9 faizini təşkil edib. Kişilərin uyğun nisbəti isə 64.1 faizdir. Yaxın Şərq və Şimali Afrikada qadınlar işçi qüvvəsinin 20 faizi qədərdir, yəni İrandakı faiz bundan da aşağıdır. Hazırda iranlı qadınların işsizlik faizi kişilərdən iki dəfə çox, 20.7 faizdir», – hesabatda deyilir.

«Human Rights Watch» vəkillər, kiçik biznes sahibləri, menecerlər, yaxud dövlət qulluqçusu kimi çalışan 44 qadın və kişidən müsahibə alıb. Onlardan bəziləri İranda yaşayır, bəziləri ölkədən çıxıb. Həmin şəxslər İranda əmək bazarında iştirak ediblər, yaxud da onu araşdırıblar. Hesabatda İranın qanunları, siyasəti, rəsmi bəyanatlar da təhlil olunur.

Bakıdakı İran azərbaycanlıları dad deyir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

MÜLKİ MƏCƏLLƏNİN YARATDIĞI AYRICALIQ

Bildirilir ki, İranın mülki məcəlləsi işçi qüvvəsi kimi qadınlara hüquqi ayrıseçkiliyin əsas mənbəyidir. Belə ki, mülki məcəllə kişini evin böyüyü hesab edir, ona arvadının iqtisadi seçimləri üzərində nəzarət hüququ verir. Buraya qadınının bəzi şəraitdə işləməsini əngəlləmək də daxildir.

İran qanunvericiliyi iş yerində qadınlara ayrıcalığı yasaqlasa da, işəgötürmə və işdə irəli çəkilmə məsələlərinə aid deyil. Bir çox iş elanlarında gender məsələsi şərt qoyulur, özəlliklə də, texniki və menecer işlərində.

Dövlət sektorunda işəgötürməni xüsusi dövlət komissiyası tənzimləyir. Ancaq «Human Rights Watch»un təhlili üzə çıxarıb ki, son 3 ildə dövlət qulluğunda 7 mindən çox vakansiya elanlarının 60 faizində kişilərə üstünlük verilib. Cəmi 5 faizində qadın işçi istənildiyi qeyd olunur.

ROUHANI İMTAHANI TƏXİRƏ SALIB

Ölkənin qadınlar və ailə məsələləri üzrə vitse-prezidenti Shahindokht Mowlaverdy 2015-ci ilin aprelində bu diskriminasiya məsələsini hökumətin diqqətinə çatdırıb. Prezident Hassan Rouhani buna cavab olaraq ötən ilin iyulunda 2 min 545 vakansiya üçün imtahanı təxirə salıb. Növbəti imtahan bu ilin noyabrında olacaq və qadınlara 300 vəzifə təklif olunur. «Human Rights Watch» bildirir ki, bu, kiçik irəliləyiş olsa da, dövlət sektorunda qadınların işə götürülməsində ayrıseçkiliyi aradan qaldırmır.

Hüquqi qorumanın olmaması da qadınlara əmək bazarında əngəllər yaradır. İran rəsmilərinin bəyanatlarına görə, 48 mindən çox qadın qanuni analıq məzuniyyətinə çıxandan sonra işini itirib. Müsahiblər iş yerlərində antiseksual qısnama siyasətinin olmadığını söyləyiblər. qadınlar cinsi qısnamadan, fərqli geyim kodeksinin məcburi olmasından söz açıblar.

Qadınlar heç qərar çıxarma prosesində də güclü səs sahibi deyillər. Onlar hazırda parlamentdəki yerlərin 5.8 faizini tuturlar. Mühafizlər Şurası indiyədək prezident seçkisinə qadın namizəd buraxmayıb. Elə mayın 19-da keçirilən seçkiyə qatılmaq istəyən bütün qadınlara da imtina olunub.

XS
SM
MD
LG