Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:14

İranda prezident seçkisi: yeni islahatçı-mühafizəkar mübarizəsini kim qazanacaq?


İranda prezidentliyə namizədlər.

Bu gün – mayın 19-da İranda 12-ci prezident seçkisi keçirilir. Əslində, Qərb təhlilçilərin bir çoxu seçkiyə iki namizədin – hazırkı prezident, mərkəzçi-islahatçı Hassan Rouhani və ali dini lider Ali Khamenei-yə yaxın Ebrahim Raisi-nin mübarizəsi kimi baxırlar. Ötən həftə keçirilmiş rəy sorğuları Rouhani-nin qələbədən ötrü 50 faizdən çox səsi toplayacağını göstərir. Amma eyni zamanda o da üzə çıxıb ki, seçicilərin, demək olar, 50 faizi ya qərar verməyiblər, ya da üstünlük verdikləri namizədin adını açıqlamırlar.

«The Washington Post» qəzeti bu seçkinin yanvarda keçmiş prezident Ali Akbar Hashemi Rafsanjani-nin ölümündən sonra ilk səsvermə olduğunu vurğulayır.

RAFSANJANI-DƏN SONRA

Rafsanjani və daha bir keçmiş prezident Mohammad Khatami mötədil koalisiya yaratmışdılar və onları sərt xətt tərəfdarlarına müxalif siyasi partiyalar dəstəkləyirdi. Bu koalisiya 2013-cü ildə Rouhani-nin sürpriz qələbəsiylə sonuclandı, həmçinin parlamentə uğurlu namizədlər keçə bildi.

Amma bəzilərinin fikrincə, Rafsanjani Khamenei ilə hakimiyyət mübarizəsində islahatçılardan, sadəcə, istifadə edirdi. İndi isə islahatçılar Khamenei ilə münasibətləri yaxşılaşdıra bilərlər. Elə Rafsanjani-nin ölümündən bir neçə həftə sonra hazırkı vitse-prezident Eshaq Jahangiri Khamenei ilə görüşdü və elan etdi ki, ali dini liderlə islahatçılar arasında vasitəçilik edəcək. Jahangiri bu həftə namizədliyini Rouhani-nin xeyrinə geri götürüb.

Mohammad Khatami
Mohammad Khatami

Khatami də islahatçıların lideri olaraq «milli barışığa» çağırıb. Khamenei bu fikri rədd etsə də, müəlliflərin fikrincə, son on ildə islahatçılar üzərində qələbəsi gələcəkdə müəyyən yaxınlaşmağa getməyə inam yarada bilər.

KHAMENEI-NİN VARİSİ

Digər tərəfdən, 78 yaşlı ali dini lider Khamenei-nin səhhətiylə bağlı şayiələr dolaşır.

«Khamenei-nin ölümü onun Ekspertlər Şurası üzərində nəzarətinin sonu demək olacaq. 2016-cı ildə bu şuraya Rafsanjani/Khatami xəttiylə ruhanilər gəliblər və bu da Rouhani-nin liderlik məqamına yolunu aça bilər», – məqalədə deyilir.

Rouhani-nin ikinci müddətə prezident seçilməsi İslam İnqilab Qvardiyasına təhdid sayılır. Bu səbəbdən qvardiya Raisi-ni dəstəkləyir. Raisi İranın ən qatı dindar hissələrini, Khamenei tərəfdarlarını təmsil edir. O, prezident seçilərsə, Khamenei-nin varisi kimi də yerini möhkəmlətmiş olacaq. Bu zaman 2008-ci ildə Kubadakına oxşar durum yarana bilər. Yəni, hakimiyyətdəki lider sağ olsa belə, varis ölkənin rəhbəri kimi görünəcək.

Eynilə, Rouhani seçkini uduzarsa, növbəti lider olmaq şansını da itirəcək. Növbəti administrasiyanı kimin idarə etməsindən asılı olmayaraq. Amma o, 20 milyondan artıq səs qazansa, post-Khamenei İranından güclü mövqe qazanmış olacaq.

Tehran küçələrində prezident seçkisi müzakirəsi
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

İŞSİZLİK

«The Washington Post» yazır ki, İranda işsizlik böhranı seçki kampaniyasında əsas məsələdir. Rouhani-nin opponentləri onun nüvə sazişindən sonra iqtisadiyyatı düzgün idarə etmədiyini deyirlər. Amma kökləri nüvə sazişindən qabağa gedən böhran reallaşdıqca, siyasi mənsubiyyətindən asılı olmayaraq, heç bir namizəd onu qısa zaman kəsimində həll edə bilməyəcək.

Hazırda İranda işsizlik səviyyəsi 10.7 faizidir. Ötən il ÜDM 4.5% artıb, 2015-ci ildə artım 0.4%-ə düşmüşdü. CNN yazır ki, Rouhani vəzifəyə gəlməmişdən, ölkənin 15.5%-i işsiz idi. 2011-2014-cü illərdə, sanksiyaların pik dövründə iranlıların gəlirləri 20%-dən çox azalıb, ortalama 5 min 300 dolara düşüb. İran rialının 80% ucuzlaşdığı dövr yaşanıb.

Tehran sanksiyalardan ildə 50 milyard dollar itirib.

Nüvə sazişi bağlanandan sonra İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyalar qaldırıldı.

Mayın 29-da keçirilən birinci turunda heç bir namizəd 50%-dən artıq səs toplaya bilməsə, mayın 26-da ikinci tur olacaq.

CNN bir məqamı da xatırladır ki, tarix Rouhani-nin xeyrinə işləyir. 1981-ci ildən bəri bütün prezidentlər ikinci müddətə seçiliblər. Amma İran seçkilərində sürpriz də qaçılmazdır. Məsələn, elə 2013-cü il seçkisindən öncə rəy sorğularında Rouhani-nin reytinqi aşağıydı. Aparıcı islahatçılar seçicilərini ona səs verməyə çağırandan sonra seçkini uddu.

Günün bütün mövzuları

XS
SM
MD
LG