Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 07:51

İran Qərbdən ilk təyyarəsini aldı


Onilliklərdən sonra Tehran hava limanına gələn ilk Qırb təyyarəsi

İran onilliklərdən sonra özünün Qərbdə istehsal olunmuş ilk təyyarəsini ölkəyə gətirib.

Airbus A321 təyyarəsinin Tehran hava limanında enməsi üçün xüsusi rəsmi mərasim keçirilib.

Mərasimə İranın nəqliyyat naziri Abbas Axundi rəhbərlik edirdi.

Ötən il əldə edilmiş nüvə sazişindən sonra İran bir sıra Qərb şirkətləri ilə kontraktlar imzalayıb.

Bu kontraktlara əsasən IranAir şirkəti Airbus-dan 100, Boeing-dən isə 80 təyyarə alacaq.

Airbus 321 təyyarəsi Tehrana Fransanın Tuluz şəhərindən uçub və onun sərnişinləri arasında Airbus şirkətinin rəhbəri Fabrice Bregier də olub.

Siyasi təhlilçilər deyirlər ki, Qərbdə tikilmiş təyyarənin Tehran hava limanına enişi İranın onilliklərdir davam edən iqtisadi blokakadan çıxdığını göstərən simvolik hadisədir.

İranın dövlət telekanalları hadisəni “tarixi” adlandırıb.

İran təcrid olunduğu illərdə həddən artıq köhnəlmiş aviasiya parkını çox tez bir zamanda təzələmək niyyətindədir.

Bəzi ekspertlər bildirirlər ki, dünyanın ən qədim aviasiya şirkətlərindən olan IranAir blokada illərində mühüm ehtiyat hissələrini qaçaqmalçılıq yolu ilə gətirirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG