Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 04:08

ABŞ Irana qarşı sanksiyaları bərpa edir - Suriyaya görə


İran. Qəzvində bazar.

ABŞ Nümayəndələr Palatası İrana sanksiyaların bərpasına, həm də Suriyanın arxasında dayananlara qarşı sanksiyalara səs verib.

Yeni sənədi palatanın hər iki partiyadan olan üzvləri dəstəkləyiblər. İndi növbə Senatındır. Qanun layihəsi prezidentə göndərilməzdən əvvəl onu Senat üzvləri də təsdiqləməlidirlər.

Buna da bax:​ İrana yeni sanksiyalar qoyulur

İrana qarşı sanksiyaları genişləndirməklə ABŞ Tehranı cəzalandırmaq imkanı qazanır. İran nüvə öhdəliklərini yerinə yetirmədiyi halda cəzalandırıla bilər.

Suriyayla bağlı sanksiyalar isə Assad rejiminin arxasında duranlara, yəni Rusiya və İran kimi ölkələrə qarşı məhdudiyyətləri nəzərdə tutur. Yeni qanun layihəsinə görə prezident Suriya hökumətini maliyyələşdirən bütün ölkələr və şirkətlərə sanksiyalar tətbiq etməlidir. Sənəd Suriya hökumətinin enerji layihələri, nəqliyyat və rabitə xidmətlərinə yardım edən şirkətlərin də cəzalandırılmasını nəzərdə tutur.

Buna da bax:

Suriyanın bombalanma anı - AzadlıqRadiosunun görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

XS
SM
MD
LG