Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:52

ABŞ İrana yeni sanksiyalar elan edir


İranın Şahab və Zülfüqar raketləri
İranın Şahab və Zülfüqar raketləri

Birləşmiş Ştatlar İranın ballistik raket proqramı ilə bağlı, bu ölkənin 18 fərd və şirkəti üzərinə yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Yeni sanksiyaların elan edilməsi ilə eyni gündə Vaşinqton elan edib ki, Tehran 2015-ci ildə imzalanmış nüvə sazişininşərtlərinə əməl edir.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, İranın 16 vahidinə və fərdinə “qanunsuz fəaliyyətlə bağlı sanksiyalar tətbiq ediləcək.

Sanksiyalara məruz qalanlar İran hərbiyyəsi və ya İslam İnqilab Keşikçiləri ilə bağlı olan şəxslərdir.

Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, İranın ballistik raketləri sınaqdan çıxarması bilavasitə BMT-nin qətnaməsinə ziddir.

Dövlət Departamenti habelə Baquer Namazi, Siamak Namazi və Xiyue Wang da daxil İran həbdsxanalarında olan bütün ABŞ vətəndaşlarının azad edilməsinə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG