Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:04

İran parlamenti qapalı iclasda ölkədəki etirazları müzakirə edir


Iran Parlamenti
Iran Parlamenti

İran parlamenti yanvarın 7-də qapalı iclasda hökumət əleyhinə aksiyaları müzakirə edir.

Fövqəladə iclası parlamentdəki islahatpərəst fraksiya çağırıb.

İclasda etirazların səbəbi araşdırılır.

İSNA agentliyinin məlumatına görə, iclasda daxili işlər naziri, İran kışfiyyatı və təhlükəsizlik şurasının rəhbərləri də iştirak etməlidir.

İslahatçılar iclas zamanı etirazlar yatırılarkən həbs olunanların hüquqi müdafiəsinə imkan yaradılmasını təkilf ediblər.

Ölkədə hökumətə dəstək aksiyaları isə davam etdirilir.

Bu barədə yanvarın 7-də dövlətə məxsus kütləvi informasiya vasitələri məlumat yayıb.

Dövlət mediası hökumət əleyhinə mitinlər barədə məlumat yayılmasını dayandırıblar.

İslam İnqilav Qvardiyası isə hökumət əleyhinə aksiyaların dayandırıldığını bildirir.

Amma Azadlıq Radiosunda olan məlumata görə, yanvarın 6-da paytaxt Tehran da daxil olmaqla İranın azı 9 şəhərində etiraz aksiyaları davam etdirilib.

Azadlıq Radiosunun “Radio Fərda”xidməti yerli mənbələrdən Məşhəd, Qəzvin, Rəşd, Xomeyni və digər şəhərlərdə gecə vaxtı nümayişlər keçirilməsi barədə məlumatlar alıb.

İranda keçirilən son etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb, 1700-dən çox adamsa həbs edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG