Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:15

İran nüvə xəbərdarlığı verir


Ali Akbar Salehi
Ali Akbar Salehi

İran BMT-yə məlumat verib ki, 2015-ci il nüvə sazişinin iflasa uğradığı təqdirdə Tehran özünün uranı zənginləşdirmə proqramını işə salacaq.

İranın Atom Enerjisi Təşkilatına rəhbərləilik edən vise-prezident Ali Akbar Salehi iyunun 5-də deyib ki, bu barədə məktub Vyanada mənzillənmiş Beynəlxalq Atom Enerjisi Agentliyinə təqdim edilib.

Amma bununla yanaşı Salehi deyib ki, İran 2015-ci il sazişi üzrə öhdəliklərinə əməl etməkdə davam edəcək.

ABŞ prezidenti Donald Trump ötən may ayında ölkəsinin 2015-ci il nüvə sazişindən çıxdığını elan edib.

Lakin bu sazişi imzalayn başqa ölkələr – Britaniya, Fransa, Rusiya, Çin və Almaniya sazişdə qalacaqlarını bildiriblər.

Fars xəbər agentliyinin yazdığına görə Salehi deyib ki, “ola bilsin, sabah gecə biz yeni sentrifuqların istehsalı üçün mərkəzin açılışını elan etdik”.

Amma Salehi əlavə edib: “Bu o demək deyildir ki, biz sentrifuqların yığılmasına başlayacağıq”.

O bildirib ki, uranın limitsiz zənginləşdirilməsinə hazırlıq barədə göstərişi ali rəhbər Ali Khamenei verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG