Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:17

İran nüvə sazişi öhdəliklərinə hələ də əməl edir


BMT-nin nüvə gözətçisi bildirir ki, İran özünün nüvə proqramını 2015-ci il sazişi ilə nəzərdə tutulmuş məhdudiyyətlıər çərçivəsində saxlayıb.

ABŞ prezidenti Donald Trump mayın 7-də bildirmişdi ki, onun ölkəsi sözü gedən sazişdən çıxır.

BMT-nin Atom Enerjisi Agentliyi mayın 24-də bildirib ki, İran uranın zənginləşdirilməsi səviyyəsini 2015-ci il sazişin icazə verdiyi həddə saxlayıb. Hesabata görə İranın zənginləşdilimiş uran ehtiyatı da icazə verilmiş çərçivə daxilindədir.

Buna baxmayaraq AEA Tehranı öz nüvə qurğularının təftişi məsələsini uzatdığına görə tənqid edib.

XS
SM
MD
LG