Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:31

Məhkəmə aclıq edən neftçilər haqda qərar çıxarıb


Neftçilərin aksiyası
Neftçilərin aksiyası

Qazaxıstanda aclıq edən neftçilər qanunsuz aksiya keçirməkdə günahlandırılıblar. «The Times of Central Asia» saytı yazır ki, neftçilərin bəziləri daha ağır cinayətlərdə ittiham olunur. Onların haqqında hökm hələ oxunmayıb.

Yanvarın 5-də Qazaxıstanın qərbindəki Manqistau vilayətində yüzlərlə neftçi aclıq aksiyasına başlamışdı. Neftçilər müstəqil həmkarlar ittifaqları konfederasiyasının bağlanmasına etiraz edirdilər. Əvvəl aksiyada 90 nəfər iştirak etsə də, sonra aclıq edənlərin sayı 400-ü keçdi.

9 MİN DOLLARLIQ ZƏRƏR

Bir neçə gündən sonra onlarla etirazçı həbs edilib. Yanvarın 21-də yerli məhkəmə Neft Tikinti Şirkətinin aclıq edən 15 işçisinin toplaşma haqda qanunu pozduğunu bildirərək, 135 dollardan 340 dollara qədər cərimə ödəməsi haqda qərar çıxarıb. Elə həmin gün neftçilər aksiyanı dayandırıblar.

Dünən – yanvarın 23-də isə Aktau məhkəməsində daha 20 neftçinin işinə baxılıb. Onlar Neft Tikinti Şirkətinə 9 min dollarlıq zərər vurmaqda ittiham olunurlar.

Tutulanlardan 2-si – həmkarlar ittifaqlarının liderləri Amin Eleusinov və Nurbek Qushaqbaev isə daha ağır ittihamlarla üzləşib. A.Eleusinov–u başqasının əmlakını mənimsəməkdə, N.Qushaqbaev-i isə qanunsuz aksiyaların təşkilində günahlandırırlar.

Həmkarlar ittifaqları konfederasiyasının bağlanmasına etirazlar dekabrda da olmuşdu.

Qazaxıstanda mitinqçilərin güllələndiyi anlar
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

6 İL BASQI ALTINDA

Qazaxıstan hökuməti həmkarlar ittifaqlarını 2011-ci ildən, neftçilərin aksiyalara başladığı vaxtdan basqı altında saxlayırdı. O zaman aksiyaçılarla polisin toqquşması 14 neftçinin ölümüylə sonuclanmışdı. Həmkarlar ittifaqları aksiyaçıları müdafiə etmişdi.

Beynəlxalq insan haqları təşkilatı «Human Rights Watch» Qazaxıstanın həmkarlar ittifaqlarıyla bağlı qanunlarının fundamental azadlıqlara və beynəlxalq standartlara zidd olduğunu bildirib.

Azərbaycanda rəsmən təqribən 80 min nəfərlik Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı fəaliyyət göstərir. Azərbaycanın Əmək Məcəlləsinə əsasən, ölkənin neft və qaz sənayesində duruma ictimai nəzarəti həmkarlar ittifaqları həyata keçirməlidir. Amma hüquq müdafiəçiləri Azərbaycandakı həmkarlar ittifaqlarının hökumətə işlədiyini, neftçilərin haqlarını qorumadığını deyirlər. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı ittihamları rədd edir.

XS
SM
MD
LG