Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:50

İranda mədən partlayışı olub, azı 35 nəfərin öldüyü xəbər verilir


Gülüstan vilayətindəki Zemestanyurd kömür mədəni, 3 may, 2017

İranın dövlət mediasında yayılan xəbərlərə görə ökənin şimalındakı kömür şaxtalarından birində baş vermiş partlayış nəticəsində 35 nəfər ölüb.

Xəbərlərdə deyilir ki, mayın 3-də İranın Gülüstan vilayətindəki Zemestanyurd kömür mədənində partlayış verərkən yerin altındakı şaxtada 80 nəfər işləyirdi.

AzadlıqRadiosu xəbər verir ki, mayın 4-də sübhün erkən saatlarında 39 şaxtaçı hələ də yer altında qalırdı.

Şaxtadan indiyədək 35 meyitin çıxarıldığı bildirlir.

Hakimiyyət orqanları hadisə nəticəsində 69 nəfərin xəsarət aldığını təsdiq edib.

Partlayış mayın 3-də İran vaxtı ilə gecə saat 12:45-də baş verib.

Mayın 4-də səhərin erkən saatlarında mədəndə xilasetmə işləri davam etdirilir.

Xilasedicilər yerin altında ilişib qalmış şaxtaçıları çıxarmağa cəhd edirlər.

Mədənçilərin yerin 1800 metr dərinliyində qaldığı xəbər verilib. Mayın 4-də xilasedicilər yalnız 800 metr dərinliyə enə biliblər.

Xilasetmə işləri fasiləsiz davam etdirilir, beləki şaxtada ilişib qalanların nə qədər hava ehtiyatına malik olduğu bilinmir.

Partlayışın səbəbi barədə açıqlama verilməyib.

Gülüstan vilayəti İranın şimal-şərqində Türkmənistanla həmsərhəddir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG