Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:32

Khomeini-nin məqbərəsinin restavrasiyası hətta fanatlarını da şoka salıb


Yeni Khomeini məqbərəsi
Yeni Khomeini məqbərəsi

-

Iran Islam Respublikasının banisi Ayatollah Khomeini-nin məqbərəsində yenidənqurma işləri bir mənalı qarşılanmır. İş o yerə çatıb ki, hətta Khomeini-nin tərəfdarları görülən işləri tənqid edir. Qızışan müzakirələri səngitmək üçün rəsmilər layihəni müdafiə etməyə məcbur olublar.

İranları qəzəbləndirən, belə bir nəhəng məqbərə, ona xərclənən vəsaitdir.

"MOLLALARIN DEDİYİ SADƏ HƏYAT BUDUR?"

Paytaxt Tehrandan cənubda yerləşən məqbərənin yeni şəkilləri yayılandan sonra müzakirələr başlayıb. Xalq soruşur ki, 1979-cu il inqilabının dini lideri belə nəhəng, yəqin çox pul xərclənmiş məqbərəni özünə rəva bilərdimi?

Tikinti meydançasından çəkilmiş şəkillərdən görünür ki, məqbərə kaşı, parıldayan vasitələrlə bəzənir və qəbrin ətrafı yeni şəbəkə ilə çərçivələnir.
Bu şəkillər sosial şəbəkələrdə Khomeini-nin və onun müttəfiqlərinin sadə və təvəzökar həyat tərzi barədə sitatları ilə birgə yayılıb. Sosial şəbəkə istifadəçiləri müqayisə üçün Pəhləvi rejimi zamanı tikilən sarayları da paylaşıblar.

Bir istifadəçi Facebook-d yazır ki, “mollaların dediyi sadə həyat tərzi budur?”.
Digəri yazır ki, hər kəsin Khomeini-nin “cinayətlərini” bilməsi üçün muzey tikmək lazım idi, nəinki ölkəni “zülmətə” soxan biri üçün saray tikmək.

"YENİDƏNQURMA İŞLƏR KHOMEİNİ İRSİNƏ UYĞUNDURMU?"

Bu sualla irandakı xəbər saytlarından biri oxucularına müraciət edib. Sualı cavablayanların əksəriyyəti yazıb ki, “imam” özü belə təntənəli məqbərəyə razı olmazdı, bəziləri isə yazlb ki, yenidənqurma işləri Khomeini-ni və onun irsinə zərər vurub.

Bir oxucu yazıb: “Mən arzu edərdim ki, onlar pulları Khomeyni-nin ideyalarını həyata keçirmək üçün xərcləyərdilər”.

Hətta mühafizəkar mediadan da tənqidlər eşidilib. Mayın 18-də "Jomhuri Eslami Daily" qəzetinin baş redaktoru Məsih Mohajeri bildirib ki, məqbərəyə son səfərindən sona onu bəzi məsələlər narahat edir:

"Çox geniş ərazi, böyük tavan və ətrafdakı qalın beton divarlar diqqətimi yayındırdı və həmişəki kimi ziyarət edə bilmədim”.

Mohajeri əlavə edib ki, hotel, bir neçə zal, mağazalar, böyük və kiçik günbəz və digər qurumların daxil olduğu kompleksin Khomeni istirahət mərkəzi olacağına şübhə yoxdur:

"Khomeini-yə ehtiramlarını çatdırmaq istəyən tərəfdarlarının ziyarəti, dini liderin ölümünün ildönümündə anlım mərasimləri keçirmək üçün kifayətdir".

Başqa bir mühafizəkar xəbər saytı - "alef.ir" layihəni “Hollivud filmləri” üçün evlər və ya əfsanəvi fars şahları üçün saray adlandırıb:

"Bir çox iranlının maddi sınağa çəkildiyi bir vaxtda məqbərənin ərazisinin genişləndirilməsi əhalinin Khomeini irsi barədə bədbinliyə düçar edər”.

İNSANLAR BİZDƏN YENİLİK TƏLƏB EDİRDİ...

Ancaq mayın 26-da mətbuat konfransı keçirən kompleksə məsul Mohammad Ali Ansari bütün tənqidləri rədd edib. O deyib ki, Khomeini-nin məqbərəsinə milyonlarla adam ziyarətə gəlib:

"Biz indi yazıb ordan asaq ki, Khomeini sadə həyat yaşayıb deyə, biz heç nə etməməliyik? Bu həqiqətdir ki, 25 ildə insanlar bizdən dəyişiklik tələb edirdilər”.

Ansari bildirib ki, “bu təmtəraqlı və milli” ornametrlərlə içlənmiş kompleks azı 500 il tab gətirəcək.

İyunun 4-də Khomeini-nin ölümünün ildönümü münasibətilə 800 min nəfərin məqbərəni ziyarət etməsi gözlənilir. Ansari deyib ki, məqbərənin açılışında 400 xarici qonaq da iştirak edəcək. Ancaq o, məqbərənin restarvasiyasına nə qədər pul xərcləndiyini haqda məlumat verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG