Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:44

İran özünün 'Telegram'ını yaradır


Ali Khamenei yerli mesaj əlavələri olan «iGap» and «Soroush»da hesab açdığını bildirib.
Ali Khamenei yerli mesaj əlavələri olan «iGap» and «Soroush»da hesab açdığını bildirib.

İran hökuməti dekabr etirazları fonunda qısa zaman ərzində vətəndaşların ən çox yararlandıqları sosial media imkanlarını blokladı. İnternetə çıxışın məhdudlaşdırılması ilə yanaşı, «Telegram» və «Instagram» kimi beynəlxalq mobil əlavələrə blok qoyuldu. Ancaq etirazçılar arasındakı ölüm halları, minlərlə adamın həbsi və hökumətin nümayişçiləri «xarici düşmən» adlandırması xəbərləri fonunda bu məsələ kölgədə qaldı.

Hökumət nümayəndələri əmindir ki, bu rəqəmsal tədbirlər ölkənin 90-dan çox şəhərində xalqın dini-siyasi hakimiyyətə qəzəbini önləməyə kömək edib.

«Kiberməkan döyüşü alovlandırırdı. Kiberməkan bağlanandan sonra qızışdırıcılığa son qoyuldu», – din xadimi Ahmad Khatami yanvarın 5-i Tehranda cümə namazında dindarlara müraciətində deyib.

Khatami rəqəmsal açarı ABŞ-ın əlində qoymamaq üçün serverləri İranda olan kiberşəbəkənin yaradılmasına çağırıb. Görünür, İranın siyasi elitası da eyni fikirdədir.

Yerli şəbəkə

Dekabr və yanvarda ölkədə son 10 ilin ən güclü etirazlarından sonra dövlət rəsmiləri İranın özünə aid sosial media əlavələrinin (apps) yaradılmasına çağırır.

***Buna da bax-İran hakimiyyəti etirazçıları ovlamaq üçün 'sosial media xəbərçiləri'ndən istifadə edir

Verilən xəbərlərə görə, bu həftə prezident Hassan Rohani öz rabitə nazirinə yerli sosial şəbəkə əlavəsinin yaradılması məsələsini ciddi nəzərdən keçirməyi tapşırıb.

«İnsanların monopoliyalaşdırılmış sosial mediadan yararlanması qəbuledilməzdir. Əlbəttə, sosial media şəbəkələrindən yararlanmaq insanların haqqıdır. Ancaq İranın milli təhlükəsizliyi nəzərə alınanda, yalnız bir şəbəkə ola bilər», – Rohani-nin qərargah rəisi Mahmud Vaezi jurnalistlərə deyib.

İranda mühafizəkarlar illərdir ki, kiberməkanın «möhkəmləndirilməsinə» çağırırlar. Əhalinin antifiltr texnologiyasından geniş istifadəsi bu işi çətinləşdirir.

«Telegram» əlavəsinin İranın 82 milyonluq əhalisinin təqribən yarısı tərəfindən işlədildiyi bildirilir. «Instagram»ın da çox populyar olduğu deyilir.

İranın 82 milyonluq əhalisinin yarısı «Telegram» işlədir
İranın 82 milyonluq əhalisinin yarısı «Telegram» işlədir

Yanvarın 15-də İranın 170-dək millət vəkili çoxsaylı problemlərə, o cümlədən son etirazlara, 2017-ci ildə «İslam Dövləti» (İD) sünni terror qruplaşmasının parlamentə hücumu və narkotik qaçaqmalçılığına görə xarici mobil əlavələri suçlayıb.

Yerli alternativlər

Millət vəkillərinin sözlərinə görə, İranın düşmənləri ölkəyə zərər vurmaq üçün xarici mobil əlavələrdən sui-istifadə ediblər. Onlar İran hökumətinin üç qanadının rəhbərlərini xarici mobil əlavələri yerli alternativlərlə əvəzləməyə çağırıblar.

Silahlı qüvvələrin qanadı olan İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) mədəni və ictimai məsələlər üzrə rəis müavini də buna bənzər çağırış edib.

***Buna da bax-Murtaza Muradpur: 'Son etirazların İran hakimiyyətini islahata vadar edəcək gücdə olduğunu düşünmürəm'

«Biz bu sahədə çalışan gənc İran mütəxəssislərinə iş yerləri yaratmaq əvəzinə niyə Rusiya və Amerika gənclərini dəstəkləyirik? Sabah çox gec ola bilər», – deyə İİKK-nin könüllü «Bəsic» qruplaşmasının keçmiş rəhbəri Mohammad Reza Naghdi prezidentə məktubunda yazıb.

Bu ayın əvvəli İranın Ali dini lideri Ali Khamenei «Telegram» messenceri vasitəsilə yerli mesaj əlavələri olan «iGap» and «Soroush»da hesab açdığını bildirib.

Londonda yerləşən, insan hüquqları layihələri üzrə ixtisaslaşan Kiçik Media Fondu bildirir ki, Khamenei-nin bu son addımları İran istifadəçilərini yerli kommunikasiya əlavələrinə cəlb etməyə yönəlib.

Çin modeli

İnternet təhlükəsizliyi eksperti Amin Sabeti deyir ki, insanlar, xüsusilə də siyasi fəallar hökumətə inanmırlar. Bu etimadsızlığın kökündə isə insanların dövlət tərəfindən izlənməkdən çəkinməsi dayanır. Bunu hökumətin özü də etiraf edir.

ABŞ-da yaşayan və uzun illər boyu İranda siyasət və kibertəhlükəsizlik məsələlərini öyrənən internet araşdırmaçısı Collin Anderson hesab edir ki, iranlılar yerli sosial media əlavələrinə etibar etməməkdə haqlıdırlar.

«İran developer şirkətlərində istifadəçilərə hörmət mədəniyyəti yoxdur. Buna görə də onların yaratdıqları əlavələr təhlükəlidir. Datanın kimin əlində olması məsələsindənsə heç danışmırıq», – deyə o bildirib.

Anderson-un fikrincə, İran hökuməti internetə ciddi nəzarətin Çin modelindən yararlanır.

Tehranda yaşayan, adının gizli qalmasını istəyən 44 yaşlı iki uşaq anası AzadlıqRadiosuna yerli sosial media əlavələrinə etibar etmədiyini bildirib.

«Onlara inanmıram və ətrafımda da onlardan istifadə edən tanımıram. Onlar «Telegram»ı bloklayanda da yenə VPN vasitəsilə ondan istifadə edirdim», – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG