İranda baş verən helikopter qəzasında 5 nəfər ölüb.
Bu haqda İranın dövlət televiziyası məlumat verib.
İranın Milli Neft Şirkətinə aid tibbi helikopter Xəzər dənizinə düşüb.
Qəzanın səbəbləri bilinmir.
Helikopter neft platformalarından birində olan yaralını gətirmək üçün gedirmiş.
Qəzanın səbəbləri araşdırılır.