Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:14

ABŞ Tehran həbsxanalarına sanksiyalar elan edib


Evin həbsxanası
Evin həbsxanası

ABŞ “ciddi insan haqları pozuntuları” ilə bağlı Tehran Həbsxanaları Təşkilatı və onun rəhbərlərindən biri üzərinə sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (Office of Foreign Assets Control - OFAC) aprelin 13-də bəyan edib ki, Sohrab Soleimaniyə və İran həbsxanalarına rəhbərlik edən təşkilata sanksiyalar tətbiq olunacaq.

AzadlıqRadiosu xəbər verir ki, Soleimani iddia edilən pozuntular zamanı təşkilatın rəhbəri idi və hələ də bu qurumnun rəhbərliyində təmsil olunur.

O İran İslam İnqilabı Keşikçiləri korpsunun komandanı, general Qassem Soleimaninin qardaşıdır.

OFAC bildirir ki, Tehran Həbsxanalar Təşkilatı “Evin həbsxanasında çox ciddi insan haqları pozuntuları üçün məsuliyyət daşıyır”.

Bəyanatda deyilir ki, Evin həbsxanası siyasi dissidentlərə və vicdan məhbuslarına qarşı qəddar rəftarla ad çıxarıb.

Evinin keçmiş məhbuslarının şəhadətinə görə burada dustaqlara qarşı qəddarlıq törədilir, ifadələr işgəncə ilə alınır və məhbuslara tibbi yardımdan imtina edilir.

Bəyanatda bu da bildirilir ki, 2014-cü ildə bu həbsxananın keşikçiləri və rütbəli rəsmiləri bir neçə saat ərzində siyasi məhbusları döyüblər.

OFAC-ın sanksiyaları tətbiq olunan şəxslər üçün ABŞ və başqa xarici maliyyə təsisatları ilə hər hansı əlaqəyə girmək çətinləşir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG