Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:47

İran Erdoğanın 'kürdlərə qarşı birgə əməliyyat' bəyanatını təkzib edir


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) iki dövlətin ölkənin sərhədləri xaricində kürd qiyamçı qruplaşmalarına qarşı birgə hərbi əməliyyatlar keçirməyi planlaşdırdığına dair Türkiyənin iddiasını təkzib edib.

İİKK avqustun 22-də bəyan edib ki, İran İslam Respublikası ölkənin sərhədləri xaricində heç bir əməliyyat hazırlamır.

Bununla yanaşı, İİKK-in bəyantında deyilir ki, “lakin biz ölkə ərazisinə terrorçu əməliyyatlar keçirmək məqsədilə soxulmuş istənilən qrup, dəstə və ya fərdləri güclü şəkildə dəf etməyə hazırıq”.

Avqustun 21-də Reuters agentliyi Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a istinadən xəbər vermişdi ki, iki ölkə kürd silahlı qruplarına qarşı birgə hərbi hərəkətin mümkünlüyünü müzakirə edib.

Erdoğan bildirmişdi ki, bu məsələ ötən həftə Ankarada İran Silahlı Qüvvələri baş qərargahının rəisi general Mohammad Hossein Bagheri və Türkiyə liderləri arasında müzakirə olunub. Ümumiyyətlə, Bagheri-nin Türkiyəyə səfərinə Ankara və Tehran arasında münasibətlərin istiləşməsi əlaməti kimi baxılırdı.

Erdoğan demişdi ki, iki ölkənin “birgə hərbi əməliyyatları həmişə gündəlikdə olub”.

Türkiyə prezidenti bəyan etmişdi ki, Ankara və Tehran Kürdüstan İşçi Partiyası – PKK və onunla bağlı olan Kürdüstanın Azad Həyatı Partyası – PJAK-a qarşı birlikdə mübarizə apara bilərlər. PJAK indiyədək İrandakı hədəflər üzərinə basqınlar edib.

Erdoğan deyib: “Bilirsiniz ki, PKK terror təşkilatının bir ayağı İrandadır. Bu təşkilat həm İrana, həm də bizə həmişə ziyan vurub. Biz birgə işləyirik, çünki inanırıq ki, iki ölkə əməkdaşlıq etsə, daha qısa müddətdə nəticə əldə edərik”.

İİKK Türkiyə ilə birlikdə hər hansı spesifik hərbi əməliyyatın hazırlandığı barədə iddiaları rədd edib.

İİKK-nin bəyantında deyilir ki, İran hərbiyyəsi ölkədən kənarda genişmiqyaslı əməliyyatlar aparmasa da, onun sərhədlərində kiçicik təhlükə yaradan qüvvələrə intensiv və şiddətli zərbə endirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG