Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:03

İran tibb alimini edam edə bilər


Əhmədreza Cəlali Tehranda həbs edilib
Əhmədreza Cəlali Tehranda həbs edilib

Amnesty International Tehranı İsveç-İran alimi barəsində, deyildiyinə görə çıxarılmış edam hökmünün ləğvinə çağırıb.

AzadlıqRadiosu xəbər verir ki, Alim 2016-cı ildən bəri İran həbsxanasındadır.

Stokholmdakı Karolinska İnstitutunun alimi Əhmədreza Cəlali Tehranda bir elmi konfransda iştirak etdikdən sonra casusluq və “Allaha düşmənçilik” ittihamı ilə həbs edilib.

İran qanunlarına görə hər iki ittiham üzrə təqsirli bilinərsə Cəlalini edam cəzası gözləyə bilər.

İran vətəndaşı Cəlali İsveçdə daimi yaşamaq haqqına malikdir.

Nature jurnalının yazdığına görə alim silahlı terror, habelə radioloji, kimyəvi və bioloji silahlarla hücumlar zamanı xəstəxanaların hazırlıq vəziyyətinin yaxşılaşdırılması problemləri üzərində işləyir.

Amnesty təşkilatının 23 oktyabr tarixli bəyanatında deyilir ki, “İran hakimiyyət orqanları İran doğumlu İsveç sakini və təcili təbabət eksperti barəsində ölüm hökmünü dərhal ləğv etməlidir”.

Cəlalinin vəkillərindən Zeynəb Taheri oktyabrın 23-də Amnesty International təşkilatına deyib ki, alim “Yer üzündə fəsad salmaq” ittihamı ilə ölüm cəzasına və 235 min dollar cəriməyə məhkum edilib.

Amnesty bildirir ki, hökmün ona göstərilmiş surətindən Cəlalinin İsrail hökumətinə işləməkdə ittiham edildiyi və onun İsveçdə oturaqlığı da bu yolla almasının iddia olunduğu bəlli olur.

Amnesty International təşkilatının nümayəndəsi Philip Luther deyib ki, "Əhmədreza Cəlalinin tam ədalətsiz mühakimə ilə edam cəzasına məhkum edilməsi” İran hakimiyyətinin qanunun aliliyinə hörmət göstərmədiyini nümayiş etdirir.

Luther deyib ki, İranın Avropa ölkələri ilə sıx əməkdaşlığa can atdığı bir zamanda, kimisə bu ölkələrdən biri ilə bağlılığına görə məhkum etməsi absurddur.

İsveç Xarici İşlər Nazirliyinin AzadlıqRadiosuna e-mail-lə göndərdiyi bəyanatda deyilir ki, Cəlalinin edama məhklum edildiyinə dair etibarlı məlumatlar alınıb.

Bəyanatda deyilir ki, Stokholm hazırda Tehrandan bu məlumatın rəsmən təsdiq edilməsini gözləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG