Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 21:35

Birləşmiş Ştatların BMT-dəki səfiri avqustun 15-də deyib ki, İran nüvə sazişindən çıxmaqla hədələməklə «dünyanı girov saxlayır». İran prezidenti Hassan Rouhani bir neçə gün öncə bildirib ki, ABŞ sanksiyaları və təzyiq siyasətini davam etdirsə, bir neçə saat içində nüvə sazişindən çıxa bilər.

Səfir Nikki Haley Rouhani-nin dediklərinə cavab verib. Rouhani deyirdi ki, İrana yeni sanksiyalar qoyan ABŞ prezidenti Donald Trump razılaşmadan çıxacağıyla bağlı dəfələrlə hədə səsləndirməklə yaxşı tərəfdaş olmadığını göstərib.

«İRANA İMKAN VERMƏK OLMAZ Kİ...»

Haley Nyu-Yorkda BMT ofisində səsləndirdiyi bəyanatda deyib ki, Trump-ın qoyduğu sanksiyaların nüvə sazişinə dəxli yoxdur. Həmin saziş İrana ABŞ və digər ölkələrin iqtisadi sanksiyalarının qaldırılmasını nəzərdə tutur.

Səfir deyib ki, Tehran raket buraxması, terrorçuluğa dəstəyi, insan haqlarına sayqısızlığı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasına görə məsuliyyət daşımalıdır.

***Buna da bax-Rouhani: 'İran nüvə sazişindən bir neçə saat içində çıxa bilər'

«İrana imkan vermək olmaz ki, nüvə sazişindən istifadə etməklə dünyanı girov saxlasın. Nüvə sazişi pozulmayacaq bir sənədə çevrilməməlidir», – Haley deyib.

Səfirin sözlərinə görə, «heç bir halda İranın nüvə silahlarına yiyələnməsinə imkan vermək olmaz».

«DAHA GÜCLÜ QAYIDACAĞIQ»

Rouhani televiziya çıxışında deputatlara deyib ki, sanksiyalar və təzyiqlər siyasətinin alınmaması əvvəlki administrasiyaları danışıqlar masasına gətirib.

«Yenidən həmin təcrübəyə qayıtmaq istəyirlərsə, çox qısa müddət ərzində – həftələr, yaxud aylar deyil, bir neçə saata və günə biz öncəki durumumuza daha güclü qayıdacağıq», – Rouhani söyləyib.

***Buna da bax-İran BBC Fars xidməti əməkdaşlarının mülkiyyətinə həbs qoyub

İran prezidentinin sözlərinə görə, ABŞ prezidenti Donald Trump administrasiyası dünyaya göstərib ki, «yaxşı tərəfdaş deyillər». Trump 2015-ci il nüvə razılaşmasını cırmaqla hədələmişdi.

«Son aylar dünya şahid oldu ki, ABŞ nüvə sazişi çərçivəsində vədlərini davamlı və dəfələrlə pozub, həmçinin bir sıra digər qlobal razılaşmaları da gözardı edib. Bununla müttəfiqlərinə özünün nə yaxşı tərəfdaş, nə də etibarlı danışıq tərəfdaşı olduğunu göstərib», – Rouhani parlamentə deyib.

«ABŞ ÖZÜNƏ AİD HİSSƏYƏ TAM ƏMƏL EDİR»

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert avqustun 15-də Rouhani-nin dediklərini birbaşa şərh etməyib, ancaq vurğulayıb ki, nüvə razılaşmasının özünə aid hissəsinə tam əməl edir.

Nauert Vaşinqtonun İran siyasətinə yenidən baxdığını vurğulayıb. Onun fikrincə, nüvə sazişi Tehranın regionda sabitsizlik yaratmaq fəaliyyətinə son qoymayıb.

Trump avqustun 10-da bir daha İranın nüvə sazişinin ruhuna əməl etmədiyini dilə gətirib, sazişi «qorxulu razılaşma» adlandırıb.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tutub.

ABŞ və BMT nəzarətçiləri isə İranın sazişə əməl etdiyini üzə çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG