Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

Tillerson ümid edir ki, İran danışıqlara gedəcək


Rex Tillerson
Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson deyir ki, İranın 2015-ci ildə imzalanmış nüvə sazişinə dəyişikliklərin müzakirəsinə razılaşacağına hələ də ümid edir. Baxmayaraq ki, İran prezidenti yeni danışıqları rədd edib.

Sentyabrın 20-də axşam nüvə sazişini imzalamış digər tərəflərlə BMT-də görüş keçirilib. Bu görüşdən sonra mətbuat konfransında Tillerson artıq ikinci dəfə sazişin müddəti bitəcək maddələrindən danışıb. Sanksiyaların qaldırılması əvəzində İranın nüvə fəaliyyətini məhdudlaşdıran maddələrin müddəti 2025-ci ildə başa çatır.

***Buna da bax-İran prezidenti BMT-də 'biz dünyanı Rumi ilə fəth etmişik' deyib

«HEÇ VAXT HEÇ VAXT DEMƏ»

Tillerson deyib ki, ABŞ prezidenti Donald Trump həmin maddələrlə bağlı danışıqların yenidən aparılmasını istəyir və onun baş diplomatı kimi, İranın buna razılaşacağı barədə «nikbin» düşünür.

«Heç vaxt heç vaxt demə», – Tillerson deyib.

Tillerson-un çağırışını Fransa prezidenti Emmanuel Macron da dəstəkləyib, deyib ki, İranla Birləşmiş Ştatlar arasında vasitəçilik təklif edib.

Hassan Rohani isə yeddi ölkənin imzaladığı nüvə sazişiylə bağlı razılığa gəlməyin çətinliyini vurğulayıb.

Hassan Rohani
Hassan Rohani

«Bu razılaşma üzrə danışıqlar iki ildən çox çəkib, hər bir sözü, hər bir cümləsi götür-qoy edilib», – Rohani Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə deyib.

«Biz qarşılıqlı qəbuledilən tarixlər və son müddətlərlə bağlı razılığa gələ bildik və bu razılaşmaya toxuna bilməzsiniz. Bircə kərpici götürsəniz, bütün bina çökəcək», – Rohani vurğulayıb.

***Buna da bax-Trump BMT-ni İran və Şimali Koreyaya qarşı daha sərt mövqeyə çağırır

«BU RAZILAŞMA YETƏRLİDİRMİ?»

Avropa Birliyinin baş diplomatı Federica Mogherini də razılaşmanın yenidən danışıqlara çıxarılmasına qarşı olduğunu söyləyib. Sentyabrın 20-də keçirilən görüşdən sonra o deyib ki, razılaşma «işləyir» və AB razılaşmanın qüvvədə qalacağını təmin edəcək.

«Razılaşmanın ayrı-ayrı hissələrini yenidən danışıqlar masasına çıxarmağa ehtiyac yoxdur, çünki bu saziş nüvə proqramına aiddir», – Mogherini söyləyib.

BMT sessiyası çərçivəsində jurnalistlərə danışan Macron-sa deyib ki, o da sazişin müddəti bitən maddələriylə bağlı danışıqların yenidən aparılmasını istəyir və ABŞ-la İran arasında mübahisələrdə vasitəçiliyə cəhd göstərəcək, çünki nüvə razılaşmasının yetərincə irəli getmədiyini düşünür.

«Bu razılaşma yetərlidirmi? Xeyr. Regional durumu, İranın regiona artan təzyiqini, razılaşma imzalanandan İranın ballistik səviyyədə fəaliyyətinin güclənməsini nəzərə alanda, deyil», –deyən Macron İranın ballistik raket sınaqlarına işarə edib.

«Səmimi olaq, gərginlik artır. «Hizbullah»ın fəaliyyətinə və İranın Suriyaya təzyiqinə baxın. Regiondakı ölkələri və Birləşmiş Ştatları əmin etməkdən ötrü bizə aydın çərçivə lazımdır», – Macron deyib.

XS
SM
MD
LG