Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2016-cı il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artaraq 7 milyard 605.8 milyon manat olub.
Əmanətlərin 81.2 faizi xarici, 18.8 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 76.2 faizini əhali özəl banklarda yerləşdirib.
Əhalinin əmanətləri
2016-cı il dekabrın 1-nə, milyon manat |
Əvvəlki ilin eyni dövrünə nisbətən, faizlə | |
Əhalinin əmanətləri - cəmi |
7605.8 | 107.3 |
o cümlədən: milli valyutada |
1430.5 | 85.7 |
Xarici valyutada | 6175.3 | 113.9 |
SƏBƏB BANK SEKTORUNA ETİMADIN AZALMASIDIR
İlkin baxışdan, əmanətlərin manatla da olsa, artdığı görsənir. Ancaq belə deyil. Bank məsələləri eksperti Əkrəm Həsənov da deyir ki, əslində, əmanətlərdə azalma var: «Məlumdur ki, əmanətlərin mütləq əksəriyyəti dollardadır və noyabr ayı ərzində dolların təkcə rəsmi məzənnəsi - faktiki məzənnəni heç demirəm – 1.6381 manatdan 1.7318 manata qalxıb. Bu isə o deməkdir ki, əgər noyabrın əvvəlində banklarda 4 milyard 525 milyon dollar əmanət var idisə, ayın sonunda cəmi 4 milyard 391 milyon dollar qalıb. Yəni, noyabr ayı ərzində banklar 134 milyon dollar əmanət itirib».
Ekspert əlavə edib ki, əmanətlərin azalmasının əsas səbəbi bank sisteminə etimadın sarsılmasıdır.