Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:40

İnvestorları Azərbaycanda hürküdən nədir? [video]


İlhаm Əliуеvin çаğırışına kim hау vеrəсək?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

İlhаm Əliуеvin çаğırışına kim hау vеrəсək?

Prezident İlham Əliyev xarici investorları Azərbaycana dəvət edir. Amma nəinki xarici, hətta yerli investorlar da pulu hansısa sahəyə yatırmaqdansa, necə deyərlər, yastığın altına yığmağa üstünlük verirlər.

İnvestorları hürküdən nədir? Elə 2017-ci ilin dövlət büdcəsinin komitə müzakirəsində millət vəkilləri də bu məsələni qaldırıblar.

Buna da bax:​ Ekspert: 'Hökumət sıfırdan başlamalıdır'

Mərkəzi Bankın sədri Elman Rüstəmov səbəb kimi iqtisadi sabitliyin olmamasını göstərir:

"Bu gün investorlar hazır deyillər. Çünki onlar makroiqtisadi durumun perspektivlərini dəqiq bilmirlər. Stabillik yoxdur. Nə xarici, nə də daxili investor qərar qəbul edə bilmir. Belə qeyri-müəyyənlikdə heç kim yatırım etməyəcək. Ona görə də hökumətin, Mərkəzi Bankın Maliyyə Nazirliyi ilə fokuslaşdığı əsas məsələ yeni inkişaf strategiyasına keçid, makro-iqtisadi artımın bərpa və təmin olunmasıdır".

ƏNGƏLLƏR: KORRUPSİYA, İNHİSAR, MƏMUR ÖZBAŞNALIĞI...

Müstəqil iqtisadçılar düşünürlər ki, səbəb təkcə qeyri-stabillik deyil. Korrupsiya, məmur özbaşınalığı, inhisar, azad məhkəmə sisteminin olmaması da səbəblər sırasında ön yerlərdədir.

Buna da bax: 'Bölgəyə gəlmək istəyən investor bizi deyil, Gürcüstanı seçəcək'

AzadlıqRadiosu-nun bütün bu sadalananlarla bağlı xeyli araşdırmaları və reportajları olub. Buna bir nümunə. 4 il öncə günün-günorta çağı mülki geyimli şəxslər Bakıdakı dəmir sexlərinə gedir və zorla onların qapadılmasını tələb edirdilər. Hüquq-mühafizə orqanlarına isə müraciətlər nəticə vermirdi. Metal biznesi necə inhisara alınır, həmin olaya yenidən qısa nəzər salaq:

İşini itirən 800 fəhlədən prezidentə məktub
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

HÖKUMƏT NƏ ETMƏLİDİR?

Ölkəyə investorların gəlməsi təkcə hansısa sahənin inkişafı deyil, həm də yeni iş yerlərinin yaradılmasıdır. Böhranlı durumda ölkəyə investorları cəlb etmək üçün bundan sonra hökumət nə etməlidir?

Buna da bax:​ 'Azərbaycana kredit verən olmayacaq'- Moody’s-dən “0” proqnozu

İqtisadi böhran dərinləşəndən sonra hökumət bu yöndə bəzi addımlar atıb – sərmayədarları həvəsləndirməyə çalışıb.

İşadamı, iqtisadçı Nazim Bəydəmirli isə deyir ki, bir ölkəyə yatırım etməzdən öncə investorlar biznes mühitini araşdırır, biznesin qeydiyyata alınma, lisenziya və icazələrin verilmə prosedurunun nə qədər sadə olmasını nəzərə alırlar. O, investorların Azərbaycana gəlməməsinin əsas səbəblərini belə izah edir:

"Xarici investor bütün bu məsələləri araşdıranda görür ki, bu ölkəyə yatırım etsə, biznes qursa, nə zamansa həmin biznesi hansısa məmur gəlib onun əlindən ala bilər. İkinci səbəb inhisarçılıq, məmur sahibkarlığı, lisenziya və icazələrin çoxluğu və onların alınmasının mürəkkəbliyidir. Düzdür, ölkədə biznesə başlamaq asanlaşdırılıb və reytinqlərdə də yüksək yerlərdəyik. Amma tikinti icazələrində yenə də çox ciddi geriləmələr var. Müxtəlif texniki şərtlərin alınmasında problemlər qalır. İcazə verən dövlət orqanları yenə də biznes qurana bir qazanc mənbəyi kimi baxır. Vergi və gömrük rüsumlarının yüksək olması kimi səbəblər xarici investorları ölkəyə gəlməkdən çəkindirir".

Buna da bax:​ “Dünyaya çıxarmağa Azərbaycan malı yoxdur”

Təsəvvür edin, kifayət qədər pulunuz var, başqa bir ölkəyə, məsələn, Türkmənistana sərmayə qoymaq istəyirsiz, pul yatırmazdan öncə həmin ölkə haqqında nələri bilmək istərdiniz?

Bu haqda Bakı sakinlərinin fikrini soruşmuşuq:

Pulun olsa, yatırım etməzdən nəyə diqqət edərsən
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Dünya Bankının hesabatına görə 2010-cu ildə Azərbaycan biznes mühitinin durumuna görə 38-ci yerdə idisə, indi 64-cü yerə düşüb.

XS
SM
MD
LG