Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 03:24

Bir gündə 4 intiharın baş verdiyi deyilir


İntihar.

Dekabrın 5-də ölkə ərazisində 4 intihar olayının baş verdiyi bildirilir.

Report-un xəbərində Bakının Sabunçu rayonunda intihar baş verib. 1933-cü il təvəllüdü Qərib Əliyevin ipdən asılmış meyiti aşkarlanıb.

Digər intihar olayının Qusar rayonunda baş verdiyi açıqlanıb.

Buna da bax:​ 2 uşaq anasının intihar etdiyi bildirilir

Rayonun Samur qəsəbə sakini, 40 yaşlı Mursüd Mərdəliyevin səhər saatlarında yaşadığı evdə özünü ov tüfəngi ilə vurduğu bildirilir.

Qubada isə ahıl qadının intihar etdiyi deyilir.

73 yaşlı Çiçi kəndi sakini Zəhra Abıyevanın da asılmış meyiti aşkarlanıb.

APA-nın xəbərində isə Sabunçu rayonunda 66 yaşlı Malik Kərimovun sirkə turşusu içərək canına qəsd etdiyi bildirilir.

Buna da bax: Sosial yardım ala bilmədi, özünü yandırdı- [Video]

Baş verən olaylarının səbəbi açıqlanmır.

Son illər Azərbaycanda intihar hallarının artdığı bildirilir. Müstəqil ekspertlər bu olayların əsil səbəblərinin araşdırılmasından ötrü müstəqil mərkəzin yaradılmasını təklif edirlər. Onlar hesab edirlər ki, hakimiyyət orqanları intiharların gerçək səbəblərini ictimaiyyətdən gizlədirlər.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, bu ilin 9 ayında ölkədə 500 intihar olayı baş verib.

Multimedia

XS
SM
MD
LG