Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 12:27

İnternetdən istifadəni məhdudlaşdıran qanun layihəsi parlamentdə


Rusiya parlamenti yaşı 14-dən az olanların sosial şəbəkələrə giriş və internetdə digər məhdudiyyətləri nəzərdə tutan qanunu təqdim edib.

Parlamentin aşağı palatasına tədbim olunan qanun layihəsində təklif olunur ki, 14 yaşı olmayanlar sosial şəbəkələrə qoşularkən şəxsiyyəti təsdiq edən sənədlə öz yaşlarını göstərsinlər.

Bundan başqa dövlət idarələrində də sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması təklif olunur.

Siyasi analitiklər hesab edirlər ki, 2000-ci ildə Vladimir Putin hakimiyyətindən bəri yerli media fərqli baxışlar və fikirlər, eləcə də etirazlar haqda məlumatları az verir. Bu cür məlumatlar isə daha çoxsosial şəbəkələr əvəz edir. .

Amma prezidentin sözçüsü Dmitry Peskov aprelin 10-da TASS Dövlət Agentliyinə deyib ki, heç qanun layihəsinin "üzünü belə görməyib", ancaq medianın yazdıqlarını oxuyub mediadan oxuyub, bu da həqiqət olmaya bilər. Amma Peskov nələri oxuduğunu açıqlamayıb.

Dövlətin maliyyələşdirdiyi "Rusiya İctiami Rəyin Araşdırılması Mərkəzi" aprelin 10-da bildirib ki, 18-24 yaşlıların 62 faizi 14 yaşı olmayanların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG