Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

'İnsan haqları müdafiəçiləri təhlükədədir'


İnsan haqları. Foto illüstrasiya
İnsan haqları. Foto illüstrasiya

Dünyada insan haqları fəallarına hücumlar böhran həddinə çatıb. Bunu «Amnesty International» beynəlxalq insan haqları təşkilatı mayın 16-da açıqladığı hesabatında bildirir. Hesabat belə adlanır: «İnsan haqları müdafiəçiləri təhlükədədir – vətəndaş cəmiyyətinin yeri daralır».

Qurum insan haqları fəallarına hücum dalğasını dayandırmaq məqsədiylə «Qorxmaz» adlı yeni qlobal kampaniya başlatdığını bəyan edir.

TROL ŞƏBƏKƏSİ

Hesabatda vurğulanan qorxulu trend ötən il insan haqlarının müdafiəsinə görə 281 nəfərin öldürülməsidir. 2015-ci ildə bu rəqəm 156 idi.

«Amnesty International» xəbərdarlıq edir ki, bütün dünyada icma liderləri, vəkillər, jurnalistlər və digər insan haqları fəalları misli görünməmiş təqibə, qorxudulmaya və zorakılığa məruz qalmaqdadır. Qurum başlatdığı yeni kampaniyayla ədalətsizliyə dirənən fərdlərə hücumlara son qoymağa çağırır.

«Meksika və Rusiya kimi yerlərdə trol şəbəkələri jurnalistlərin timsalında insan haqları müdafiəçilərini gözdən salmağı hədəfləyən dezinformasiya kampaniyalarını gücləndirirlər. Bu yeni trendlər onsuz da təhlükəli təqib, qətl, məcburi yoxaçıxmaların daxil olduğu alətlər arsenalına əlavə olunub. İnsan haqları müdafiəçilərinin təqib alətlərinə dinc toplaşma hüququnun pozulması, cinayət, mülki və inzibati qanunlardan sui-istifadə də daxildir», – hesabatda vurğulanır.

AZƏRBAYCANLI FƏALLAR

Hesabatda azərbaycanlı fəalların da adları çəkilir. Qeyd olunur ki, araşdırmaçı-jurnalist və hökumətin tənqidçisi Xədicə İsmayılova qarayaxma kampaniyasına məruz qalıb, daha sonra qondarma ittihamlarla 17 aydan çox həbs cəzası çəkib.

Gənc fəallar Qiyas İbrahimovBayram Məmmədovsa keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə siyasi şüar yazandan sonra narkotik ittihamıyla 10 illik cəza alıblar. Onlar polisdə dindirilmə zamanı zorlama təhdidləriylə üzləşdiklərini, döyüldüklərini bildiriblər.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bu iddiaları təkzib edir. Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin siyasi motivlə təqib olunmadığını, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

22 ÖLKƏDƏ ÖLDÜRÜLƏNLƏR VAR

«Amnesty International» bildirir ki,

– ötən il azı 22 ölkədə insan haqlarının dinc müdafiəsinə görə öldürülənlər olub;

– 63 ölkədə insan haqları fəalları qarayaxma kampaniyasıyla üzləşiblər;

– 68 ölkədə dinc fəaliyyətə görə həbsə atılıb və ya saxlanıblar;

– 94 ölkədə isə təhdidlərə və hücumlara məruz qalıblar.

«Amnesty International» başlatdığı «Qorxmaz» kampaniyası vasitəsilə dövlətləri çağırır ki, bütün insanların əzəli ləyaqəti və bərabər hüquqları uğrunda mübarizə aparanların qanuni işini tanısınlar, onların azadlığını və təhlükəsizliyini təmin etsinlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG