Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:27

Azarkeşlər Marseldə “ay İŞİD, hardasan?” qışqırır


Marsel küçələrində İngiltərə azarkeşləri ilə polis arasında qarşıdurma
Marsel küçələrində İngiltərə azarkeşləri ilə polis arasında qarşıdurma

Marsel polisi, İngiltərə komandasının sərxoş azarkeşlərinin iştirakilə bir neçə toqquşma törənənədən sonra kütləni gözyaşardıcı qazlar və dəyənəklərlə dağıtmalı olub

Fransada futbol üzrə Avropa çempionatı cümə günü başlanır, lakin futbolun vətənindən Marsel şəhərinə gələn on minlərlə qonaq fransız polisini artıq dünən axşamdan işsiz qoymayıb.

“The Daily Mail” qəzeti yazır ki, Marsel polisi, İngiltərə komandasının sərxoş azarkeşlərinin iştirakilə bir neçə toqquşma törənənədən sonra kütləni gözyaşardıcı qazlar və dəyənəklərlə dağıtmalı olub.

Xəbər verilir ki, polis, ingilis azarkeşlər Marselin küçələrində “İŞİD, hardasan?” çağırışları səsləndirəndən sonra hərəkətə keçib.

Polis və azərkeşlər arasında əsas toqquşmalar İngiltərə millisi azarkeşlərinin adətən toplaşdığı Köhnə liman ərazisində baş verib.

İngilitərə azarkeşləri iddia edirlər ki, əvvəlcə yerli gənclər onlara Queen Victoria barında hücum ediblər.

“The Daily Mail” yazır ki, Marseldə böyük müsəlman icması yaşayır. Burada əhalinin üçdə birini müsəlmanlar təşkil edirlər.

Polis İngiltərə azarkeşlərinin “İŞİD hərbə-zorbasının” təxribata səbəb ola biləcəyindən narahat idi.

Bununla belə, toqquşmaların dini zəmində olmadığı xəbər verilir.

Marsel stadionunda Rusiya və İngiltərə yığmaları arasında matç şənbə günü keçiriləcək.

70 min ingilis azarkeş

“The Daily Mail” azarkeşlərə istinadən yazır ki, ingilislər əvvəlcə onları lağa qoyan yerli xuliqanların hücumu ilə üzləşiblər.

Lakin Britaniya və Fransanın təhlükəsizlik xidmətləri bildirirlər ki, hətta yerli xuliqanlarsız da ingiltərə azarkeşləri terror hədəfinə çevrilə bilərlər.

Marsel şəhərində bu həftəsonu İngiltərə azarkeşlərinin 70 minə çatacağı gözlənilir

İslam Dövləti adlanan qruplaşmanın Rusiya-İngiltərə matçını hədəf seçmək ehtimalını ABŞ Dövlət Departamenti də irəli sürüb.

Bu təhlükənin arxasında həm də Rusiyanın Suriyada keçirdiyi hava bombardmanlarına mümkün reaksiya dayanır.

Fransa prezidenti Francois Hollande deyib ki, heç bir terror təhlükəsi Parisin bu böyük futbol tədbirini keçirməsinə mane ola bilməz.

O həmçinin bildirib ki, Euro 2016-nın keçiriləcəyi 10 şəhərə 90 minədək təhlükəsizlik və polis qüvvələri yeridilib.

“The Daily Mail” isə yazır ki, Marsel şəhərində bu həftəsonu İngiltərə azarkeşlərinin 70 minə çatacağı gözlənilir.

Onlardan bir çoxunun matçları izləmək üçün biletləri yoxdur.

XS
SM
MD
LG