Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 13:24

Keçən il nələr, nə qədər bahalanıb?


Arxiv fotosu.

2016-cı ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilə nisbətən 12,4 faiz bahalaşıb.

Ərzaq məhsullarının 14,7, qeyri-ərzaq məhsullarının 16,7, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin də 5,8 faiz bahalaşdığı bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin dekabr ayında noyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3 faiz artıb. Ərzaq məhsullarının 4,1, qeyri-ərzaq məhsullarının 2,2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin isə 2,4 faiz bahalaşdığı açıqlanıb.

Buna da bax:​ Yağların qiyməti artıb

Mal, qoyun və toyuq ətin bahalaşıb, limon ucuzlaşıb

Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin bahalaşdığı deyilir.

Balıq, kolbasa məmulatlarının, süd məhsullarının, pendirin, yumurtanın, kərə, bitki yağlarının, şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da bahalaşdığı qeyd edilir.

Bundan başqa alma, armud, heyva, nar, banan, xurma, kivi, portağal, naringin, pomidor, xiyar, kələm, göyərti, çuğundur, kartof, soğan və sarımsaq bahalaşıb. Limonun, yerkökünün, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma olub.

Buna da bax:​ Qiymətlər qalxır, maaşlar, pensiyalar yox

Dekabr ayında noyabr ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyimlərin, ayaqqabıların, inşaat materiallarının, mebellərin, ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin də bahalaşdığı bildirilir. Habelə, şüşə məmulatları, yemək qabları, məişət cihazları, televizorlar, telefonlar, fotoaparatlar, kompüterlər, dəftərxana ləvazimatları, minik avtomobilləri və onların ehtiyat hissələrinin qiymətlərində bahalaşma olub.

Kirayələr bahalaşıb

Buna da bax:​ Avtomobillər bahalaşıb

Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatının, respublikadan kənara istirahət turlarının, mənzillərin icarə haqlarının, məişət cihazlarının, mebel və ev əşyalarının qiymətlərində də bahalaşma müşahidə edilib. Avtomobillərin təmiri, stomatoloji, bərbərxana, kosmetik, ev, məişət, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində də bahalaşma olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG