Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:06

Infantino deyir ki, Rohani ona qadınların stadionlara buraxılacağını vəd edib


Gianni Infantino
Gianni Infantino

FIFA-nın rəhbəri Gianni Infantino deyir ki, İran prezidenti Hassan Rohani onu İran qadınlarının futbol matçlarına tamaşa etmək üçün stadionlara buraxılacağına əmin edib, hərçənd buna “bir balaca” vaxt lazım gələ bilər.

Infantino martın 2-də FIFA-nın Sürixdəki qərargahında deyib ki, ona İran qadınlarının bu yaxınlarda stadionlara buraxılacağına dair vəd verilib.

FIFA rəhbəri bildirib: “Prezident mənə dedi ki, İran kimi ölkələrdə belə işlərə bir az vaxt lazım gəlir”.

Infantino-nun bu bəyanatından əvvəl, martın 1-də İranın Daxili İşlər Nazirliyi bildirib ki, 35 qadının Tehranın Azadi stadionuna girişinin qarşısı alınıb və “onlar polisin göstərişi ilə lazımi yerə göndəriliblər”.

İranda qadınların idman yarışlarına stadionlarda tamaşa edə bilməsi üçün kampaniya aparan AçıqStadionlar qrupu bildirir ki, stadionun yaxınlığında bir neçə qadın həbs olunub.

Yarırəsmi ISNA agentliyi DİN-in sözçüsü Salman Samaniyə istinadən bildirib ki, qadınlar həbs olunmayıblar, sadəcə olaraq polis onları “müvafiq yerə” aparıb.

Infantino deyib ki, o Rohani ilə martın 1-də Tehrana səfəri zamanı görüşüb. Bəzi qadın haqları müdafiəçiləri onu bu səfərə görə tənqid edirlər.

FIFA-nın bərabərlik konfransında çıxış edən Infantino deyib ki, onun İrana səfəri “dünya boyunca bir çox qadınlara kömək edəcək”.

İran bundan əvvəl FIFA-nın qadınların stadionlara buraxlımasına dair çağırışlarını rədd edib.

FIFA-nın keçmiş rəhbəri Sepp Blatter 2015-ci ildə İran hakimiyyət orqanlarına müraciət edərək demişdi ki, “vəziyyət bu cür davam edə bilməz”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG