Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:09

Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]


100 milyon dollar pul qoyulan İslam Oyunları nə qədər gəlir gətirəcək?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

100 milyon dollar pul qoyulan İslam Oyunları nə qədər gəlir gətirəcək? [A-Live]

Azərbaycan böyük idman oyunlarına, şoulara ev sahibliyi edir - milyonlar xərcləyir. Bəs nə qazanır?

Açıq Hökumət layihəsi bir neçə qeyri-hökumət təşkilatının və Maliyyə Nazirliyinin mənbələrinə istinadla son beş ildə ölkənin bu tədbirlərə ayırdığı vəsaiti hesablayıb.

2012-ci ildə "Eurovision"a - təqribən 800 milyon dollar
2015-ci ildə Avropa Oyunları – 4 milyard 600 milyon dollar
2016-cı ildə "Formula 1" yarışları üçün – 99 milyon dollar
2017-ci ildə İslam Oyunları üçün 101.5 milyon dollar
2017-ci il "Formula-1" yarışları üçün 122 milyon dollar

Buna da bax:​ Ekspert: 'Büdcəni devalvasiya ilə dolduracaqlar'

Ümumilikdə bu, 6 milyard dollara yaxın pul edir. Bəs bu qədər müqabilində Azərbaycan nə qazanır?

ReAl-ın icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, bu şoulardan gələn birbaşa gəlir bilet satışından götürülən qazancdır, bu da cüzi məbləğdədir.

Natiq Cəfərli
Natiq Cəfərli

Məsələn, İslam Oyunlarının biletləri 2-5 manatadır.

Natiq Cəfərli deyir ki, 1 milyon bilet satılsa və biletin qiyməti ortalama 3,5 manatdan götürülsə, bu, 3,5 milyon manat pul edir.

Buna da bax: İslam Oyunlarında Bakıda xüsusi rejim tətbiq olunacaq

Onun hesablamasına görə, əgər oyunlara baxmağa 30 min turist gəlsə, onlar da ümumilikdə 50 milyon manat pul xərcləyə bilərlər. Bu oyunlara isə hökumətin təqribən azı 200 milyon manat xərcləməsi nəzərdə tutulur.

Natiq Cəfərli deyir ki, oyunlara 200 milyon xərcləyib, təqribən dörd dəfə azı 50-55 milyon gəlir götürüləcək, bu da sərfəli deyil.

Hərçənd, Azərbaycan rəsmiləri iddia edir ki, oyunlar Azərbaycanı dünyada məşhurlaşdırır, nüfuzunu artırır, bununla ölkəyə daha çox turist cəlb etmək mümkün olur. Üstəlik, gələn turistlər otellərdə qalır, xidmətlərdən istifadə edir.

Buna da bax:​ 'Xarici borc artır, nisyə dəftərlərində adlar çoxalır'

Natiq Cəfərli bu fikirlə də razılaşmır, o hesab edir ki, oyunlar heç də turistlərin sayını artırmır.

“Maraqlı olan odur ki, Avropa Oyunlarının keçirildiyi il Azərbaycana 2014-cü illə müqayisədə daha az turist gəlmişdi. Yəni, Avropa Oyunları da turist artımına ciddi təsir göstərmədi. Avropa Oyunları keçirilən il ölkəyə 12 faiz daha az turist gəlmişdi”.

Hərçənd, bu ildən ölkədə elektron viza sistemi işə düşüb və viza almaq asanlaşıb, bunun ümumilikdə turistlərin sayını artıracağı gözlənilir.

Buna da bax: İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?

YAP icra katibinin müavini Siyavuş Novruzov
YAP icra katibinin müavini Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə ötən ay partiyanın internet portalına müsahibəsində deyib ki, Azərbaycan istər “Eurovision” mahnı müsabiqəsi, istər ilk Avropa Oyunları, istərsə də “Formula-1” yarışları vasitəsilə kifayət qədər təbliğ olundu:

"'Formula-1' yarışlarını yarım milyard insan izlədi. Burada isə Azərbaycanın mədəniyyəti, bütün sahələrdəki inkişafı, regionları, turizm imkanları nümayiş olundu. Avropa Oyunlarını isə bir milyarda yaxın insan izlədi, “Eurovision”da da həmçinin. Bu mahnı yarışmasında hər bir musiqiçinin ifası zamanı müxtəlif regionlarımız, Qarabağ, onun gözəl guşələri, bizim mətbəximiz, musiqimiz də təbliğ olundu. Təbii ki, İslam Həmrəyliyi Oyunlarında da bunlar təbliğ olunacaq".

Buna da bax:​ 'Qarabağda ölənlərin sığorta pulu verilmir, yarışlara milyonlar xərclənir'

Biz həmişəki kimi Bakı sakinlərini də fikrini soruşmuşuq: Qarşıdan gələn İslam Oyunlarının ölkəyə faydası nə olacaq?

İslam Oyunları Azərbaycana lazımdırmı?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

İqtisadi təhlilçi Zöhrab İsmayıl başqa bir məqama diqqət çəkir. Deyir ki, oyunların keçirilməsi yaxşıdır, amma xərc bundan az ola bilərdi.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

“Sözsüz ki, xərclər gəlirlərdən çox olacaq. Azərbaycan dövlət olaraq burda itirəcək. Amma kimlərsə qazanacaq. Niyə bu qədər pul xərclənir özü sualdır. Axı hansısa beynəlxalq tədbiri keçirmək üçün dövlət niyə xərcləsin?! Mövcud infrastruktur var, ötən illərdə bunlara milyardlarla pul xərclənib”.

Rəsmi məlumata görə, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək. Bu yarışda iştiraka 50 ölkə razılıq verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG