Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:35

Sarkisian seçkinin aprelin 2-dən başqa tarixə keçirilməsinə qarşı deyil


Serzh Sarkisian
Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian aprelin 2-nə təyin edilmiş parlament seçkisinin bir neçə gün dəyişdirilməsinə qarşı deyil.

Bunu Sarkisianın özü yanvarın 26-da hakim “Respublika partiyası”nın iclasında deyib.

O, bildirib ki, parlament seçkisinin aprelin 2-nə təyin edilməsi ilə bağlı bu gün siyasi meydanda bir sıra fikir ayrılıqları mövcuddur.

Sarkisian seçkinin 4-5 gün başqa tarixə çəkilməsinə etiraz etmədiyini vurğulayıb, amma qeyd edib ki, bütün seçki iştirakçıları bəlli olanadək gözləmək lazımdır.

Serzh Sarkisian və Karen Karapetian
Serzh Sarkisian və Karen Karapetian

“Biz onlarla hər şey barədə razılığa gələ bilərik.Hesab edirəm ki, seçkini bir neçə gün təxirə salmaqda bizə heç kim mane olmur.Əgər siyasi razılığa gəlsək, əminəm ki, hüquqşünaslarımız buna əsas verəcək və seçki prosesi pozulmayacaq. Amma gəlin gözləyək, görək nə olur”, deyə Sarkisian bildirib.

Qeyd edık ki, 2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı cəbhə xəttində gedən dördgünlük hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini atəşkəsi pozmaq, münaqişəni qızışdırmaqda ittiham edir.

Azərbaycan prezidenti İlham Əliyev həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad edildiyini deyir.

Ilham Aliyev Qarabağ cəbhəsində
Ilham Aliyev Qarabağ cəbhəsində

Aprel döyüşlərindən sonra Ermənistanın güc qurumlarında bir sıra dəyişikliklər başladı.

Bu dəyişiklik həmin vaxt müdafiə naziri olan Seyran Ohanyandan da yan keçmədi.

Ohanyan bundan sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarına gəldi.

İndi o, seçkiyə keçmiş xarici işlər naziri Vardan Oskanyanla bir blokda gedir.

Bu bloka müxalifətdə olan “Milli özünütəyinetmə” birliyi, “Üçüncü respublika” və “Demokrat” partiyaları da daxildir.

Bloka Seyran Ohanyanın başçılıq edəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG