Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 01:15

İlham Əliyev: 'Azərbaycanda insanların ömrü artır'


İlham Əliyev Bakıda «Ürək Mərkəzi»nin açılışında

«Azərbaycanda insanların ömrünün uzunluğu artır. Uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir».

Bu gün, martın 6-da Bakıda «Ürək Mərkəzi»nin açılışına qatılan prezident İlham Əliyev belə deyib. Həmin mərkəz Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyət göstərəcək.

Prezident bunun ölkədə səhiyyə sahəsində aparılan islahatların nəticəsi olduğunu ifadə edib.

«Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər görülüb, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilib. Demək olar ki, bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır və bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər», - İlham Əliyev deyib.

Ölkə başçısı əlavə edib ki, səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir.

İcbari tibbi sığortadan narazı qalan xəstələr
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

«5 MİLYON İNSAN PULSUZ MÜAYİNƏ OLUNUB»

«Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Artıq neçə ildir kütləvi müayinədən keçmə kampaniyası aparılır. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək. Mən xatırlayıram, yeni istifadəyə verilmiş bütün tibb ocaqlarında vətəndaşlarla görüşlər zamanı onlara söyləyirdim ki, siz mütləq ildə bir dəfə müayinədən keçməlisiniz. Biz artıq buna nail olduq və bölgələrdə, tibb mərkəzlərində yaşanan izdiham onu göstərir ki, vətəndaşlar bu imkanlardan böyük həvəslə istifadə edirlər», deyən prezident vurğulayıb ki, sağlam millət, sağlam cəmiyyət hər bir ölkənin inkişafında çox vacibdir.

Ölkə başçısı gələcəkdə də səhiyyə sahəsində əlavə tədbirlərin davam etdiriləcəyini qeyd edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG