Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:11

Həmməruzəçilər prezident və deputatlarla görüşüblər


İlham Əliyev AŞPA həmməruzəçiləri ilə görüşüb, 14 sentyabr 2017

Sentyabrın 14-ü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Preda əvvəlcə prezident İlham Əliyev, daha sonra deputatlarla görüşüblər.

AZƏRTAC-ın məlumatına görə, prezidentlə görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Həmməruzəçilərin növbəti görüşü deputatlarla olub. Milli Məclisin mətbuat xidməti məlumatına görə, görüşdə Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib.

O deyib ki, son vaxtlar Azərbaycana qarşıqara piar kampaniyası artıb. Onun deməsinə görə, bunun əsl məqsədi Azərbaycanın iqtisadi qüdrətini zəiflətmək, həmçininDağlıq Qarabağın və ətraf7 rayonun işğalını legitimləşdirməkdir.

Sonra Səməd Seyidov həmməruzəmilərin hazırladıqları məruzəyə dair fikirlərini açıqlayıb.

O deyib ki, Avropa Şurası (AŞ) bir sıra ölkələrə münasibətdə sərt mövqe tutur və bu yolverilməzdir.

Səməd Seyidovvurğulayıb ki, həmin ölkələrin AŞ-dan uzaqlaşdırılması bu qurumun özünün dağıdılması deməkdir.

Onun fikrincə, bütün məsələlər müzakirə yolu ilə həll olunmalıdır.

Xəbərə görə, hazırladıqları məruzənin AŞPA-da təsdiqləndikdən sonra Azərbaycana gəldiklərini deyən Stefan Schennach isə bildirib ki, məqsəd sənədi plenar iclasa təqdim etməzdən öncə yerindəcə müzakirə etməkdir.

Mətbuat xidməti bildirir ki, söhbət zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Həmməruzəçilər səfərdən öncə sentyabrın 4-dən 7-nə kimi Parisdə keçirilən AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hazırladıqları məruzəni təqdim ediblər. Məruzə qəbul edilib. Bundan sonar AŞPA Monitorinq Komitəsi açıqlama da yaymışdı.

Açıqlamada Azərbaycan hakimiyyətilə davam edən dialoq bəyənilirdi. Bunula belə bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilirdi.

Komitə xüsusilə təəssüf edirdi ki, bir il öncə baş vermiş konstitusiya dəyişiklikləri icra hakimiyyətinin parlamentə daha az hesabat verməsinə imkan yaradır.

Komitə Azərbaycan hökumətinin 2012-2014-cü illərdə irimiqyaslı “pul yumaq” sxemində iştirakı və xüsusilə, bunun Azərbaycanda insan haqları ilə bağlı AŞPA əməkdşalarının işinə təsir etməsi kimi iddiaların narahatlıq doğurduğunu da ifadə edib.

Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı məruzə oktyabrın 9-dan 13-nə kimi çəkəcək AŞPA-nın payız sessiyasında müzakirə olunmalıdır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG