Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Ekspertlər prezidentin optimist proqnozları barədə nə düşünür? [video]


İlham Əliyev iqtisadi yüksəliş vəd edir. Böhran bitdimi?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

İlham Əliyev iqtisadi yüksəliş vəd edir. Bu nə qədər realdır?.. [A-Live]

Prezident İlham 2018-ci ilə optimist proqnozlar verir. Deyir ki, gələn il sürətli iqtisadi inkişaf ili olacaq.

İqtisadçı ekspert Zöhrab İsmayılsa düşünür ki, iqtisadi inkişafdan danışmaq hələlik tezdir.

Millət vəkili Vahid Əhmədovun fikrincə, prezidentin bu cür əminliyi iqtisadiyyatın müxtəlif sahələrinə dair qəbul edilmiş strateji yol xəritələrinin icrasıdır.

Buna da bax:​ İlham Əliyev: ‘Görün, biz nə qədər ciddi islahatlar həyata keçirmişik...’

Oktyabrın 2-də prezident İlham Əliyev Qobustana səfəri zamanı deyib ki, iqtisadi nailiyyətlər statistik göstəricilərdə, həm də beynəlxalq iqtisadi qurumların hesabatlarında da əksini tapır.

Prezident vurğulayıb ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görüb:

“Biz iki pillə qabağa getdik, 37-ci yerdən 35-ci yerə layiq görüldük. Bu da çox böyük nəticədir. MDB məkanında biz birinci yerdəyik. Keçən il və bu il neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizdə müəyyən çətinliklər, iqtisadi sahədə bəzi problemlər yaransa da, görün, biz nə qədər uğurla iş aparmışıq, nə qədər ciddi islahatlar həyata keçirmişik ki, bunu dünyanın birinci iqtisadi forumu olan Davos Forumu yüksək qiymətləndirir. Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq”.

Buna da bax:​ Fuad Muradov: 'Biz son 25 ildə elə islahatlarla məşğuluq'

İlham Əliyev vurğulayıb ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları artıb. Prezidentin fikrincə, bu da onu göstərir ki, hökumət hətta çətin illərdə də düzgün siyasət aparıb, nəinki ehtiyatlar xərclənib, əksinə əlavə vəsait qazanılıb.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

İqtisadçı ekspert Zöhrab İsmayılsa deyir ki, 2017-ci ilin 8 ayının nəticələrinə görə Ümumi Daxili Məhsulun həcmi 1.1 faiz azalıb. Onun fikrincə, iş yerlərinin bağladığı, xarici şirkətlərin və investorların ölkəni tərk etdiyi, neft gəlirlərinin azaldığı bir vaxtda iqtisadi dirçəlişdən danışmaq tezdir:

“Azərbaycan hökuməti bəzi maliyyə yardımları adlıqdan sonra qismən rahatlayıb. Bir tərəfdən TANAP qaz kəmərinin maliyyələşdirilməsinə vəsait ala bilib. O biri tərəfdən də neft müqavilələrinin imzalanması ilə bağlı yeni saziş imzalayıb. Bununla da bir növ gələcəkdə neft sektoruna da investisiya təminatını həll edib”.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi'nin maliyyələşdirilməsi araşdırılır

Zöhrab İsmayıl əlavə edir ki, son iki illə müqayisədə dünya bazarında neftin qiymətinin artımı da prezidenti belə əmin danışmağına əsas səbəblərdən biridir.

Millət vəkili Vahid Əhmədov da düşünür ki, prezident iqtisadi inkişaf deyərkən, qeyri-neft sektorunu nəzərdə tutub:

Vahid Əhmədov
Vahid Əhmədov

“İlk dəfə olaraq Azərbaycanda ixrac idxalı üstələyib. Ticarət balansında 1 milyarda yaxın müsbət saldo yaranıb. Qeyri-neft sektorunda, kənd təsərrüfatında, turizm sektorunda çox ciddi inkişaf var. Sənaye parklarının, sənaye məhəllələrinin yaradılması onu deməyə əsas verir ki, 2018-ci ildə qeyri-neft sektorunda artımlar gözlənilir. Cənab prezident də bunu nəzərdə tutaraq, vurğulayır ki, 2018-ci ildə iqtisadiyyatda dirçəliş ili olacaq”.

Buna da bax:​ Dövlət büdcəsində yarım milyarda yaxın kəsir...

Keçən ilin martında prezident İlham Əliyev iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinə dair sərəncam verib. Bu planın icrasına 2017-ci ildən başlanıb. millət vəkili Vahid Əhmədov deyir ki, bəzi nöqsanlar nəzərə alınmasa, planın icrası uğurla gedir.

Vahid Əhmədov 2018-ci ildə gözləntisi daha böyükdür. İqtisadçı Zöhrab İsmayıl isə düşünür ki, iqtisadiyyatda sürətli inkişaf üçün köklü islahatlar aparmağa ehtiyac var.

Bəs, Bakı sakinlərinin 2018-ci ildə Azərbaycan iqtisadiyyatını necə gözləyirlər? böyük inkişaf, böhran, yoxsa indiki vəziyyətin dəyişməyəcəyini?

Gələn il Azərbaycanda iqtisadi vəziyyətin necə olacağını gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

2017-ci ilin aprel ayında Beynəlxalq Valyuta Fondu 2018-ci ildə Azərbaycan iqtisadiyyatında 2 faizlik artım olacağı ilə proqnoz verib. Fondun gələn illə bağlı yeni proqnozlarının bu yaxınlarda açıqlanacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG