Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 17:58

İlham Əliyev İrana gedir


Azərbaycan prezidenti İlham Əliyev (sol) və İran prezidenti Hassan Rohani, Tehran, 23 fevral 2016

“Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70 faizədək artıb. Bu gün 538 İran şirkəti Azərbaycanda qeydiyyatdan keçib. İrandan Azərbaycana investisiyaların həcmi 2,7 milyard dollardır”.

İran səfərinin yekunları ilə bağlı fevralın 25-də keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

Onun sözlərinə görə, İranın investisiyalarının 2,6 milyardı neft-qaz sektoruna qoyulub. İranın bu investisiyalardan 1,7 milyard dollar mənfəəti olub.

Nazir hər iki tərəfin investisiyaların həcmindən razı olmadığını ifadə edib. Onun qənaətincə, ölkələr arasında qeyri-neft sektorunun inkişafı üçün potensial daha yüksəkdir.

Ş.Mustafayev Azərbaycan-Gürcüstan-Türkiyə arasında keçirilən biznes forumlarını yada salaraq, Azərbaycanın İran tərəfinin də bu iqtisadi tədbirdə iştirakında maraqlı olduğunu vurğulayıb.

Ş.Mustafayev hazırda iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışarkən, Azərbaycan banklarından birinin İranda filialının açılmasının planlaşdırıldığını, tezliklə Qəbələ-Urmiya aviareysinin işə düşəcəyini qeyd edib.

Nazir, həmçinin, Azərbaycan prezidentinin İrana səfərinin planlaşdırıldığını, hazırlıq işlərinin aparıldığını xəbər verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG